Ii yarımil. Coğrafiya. I mövzu TƏSƏRRÜfat sahəLƏRİn yerləŞMƏSİNİn xəRİTƏLƏRƏ Əsasən təHLİLİ


Beynəlxalq maliyyə mərkəzləri (BMM)



Yüklə 0,82 Mb.
səhifə41/46
tarix17.02.2022
ölçüsü0,82 Mb.
#114405
1   ...   38   39   40   41   42   43   44   45   46
Beynəlxalq maliyyə mərkəzləri (BMM) - maliyyə əməliyyatlarının (kreditlərin verilməsi, valyuta mübadiləsi, qiymətli kağızlar və qızıl sövdələşmələri və s.) həyata keçirildiyi bankların vahid mərkəzdə cəmlənməsidir. BMM-in sayı çox deyildir. İlk maliyyə mərkəzi Böyük Britaniyanın London şəhərində yaradılmışdır. Hazırda dünyada həyata keçirilən maliyyə əməliyyatlarının əksər hissəsi London, Nyu-York, Sinqapur, Honkonq və Tokio BMM-ləri tərəfindən həyata keçirilir. Maliyyə mərkəzləri yalnız inkişaf etmiş ölkələrin ərazisində deyil, eyni zamanda Çin, Hindistan, Braziliya, Küveyt və digər inkişaf etməkdə olan ölkələrdə də mövcuddur. Bu mərkəzlərin fəaliyyətini qiymətləndirmək üçün xüsusi reytinq cədvəli müəyyən edilmişdir. Reytinq cədvəli (ing. "reytinq” - obyektin əhəmiyyətini və ya nüfuzunu göstərən say göstəricisi) - 1 il ərzində BMM-in fəalliyyətinin iqtisadi göstəriciləri əsasında tərtib edilir. Bu göstəricilər rəqəmlərlə ifadə olunur (1 bənd = 1 iqtisadi əməliyyat vahidi deməkdir).

BMM-də həyata keçirilən əsas əməliyyatlardan biri valyuta mübadiləsidir. Bu mübadilə valyuta bazarı yaradır. Valyuta bazarında xarici əmanətlər və qiymətli metalların alğı-satqı əməliyyatları həyata keçirilir. Valyuta bazarlarında maliyyə əməliyyatları, əsasən, avro (Aİ), dollar (ABŞ), iyen (Yaponiya) və funt-sterlinq (Böyük Britaniya) ilə aparılır. Mübadilə zamanı əldə edilən gəlir bankların büdcəsinə daxil olur.

Valyuta münasibətləri ölkələrarası beynəlxalq iqtisadi əlaqələrin güclənməsində mühüm rol oynayır. Azərbaycanda 1994-cü ildən Bakı Banklararası Valyuta Birjası fəaliyyət göstərir. Hazırda respublikamızda milli və xarici valyutaya olan ehtiyaclar Milli Bank tərəfindən tənzimlənir. BMM-in fəaliyyət istiqamətlərindən biri də kreditlərin verilməsidir. Dünya kredit bazarı müxtəlif kreditlərin verilməsi üçün ölkələrarası qarşılıqlı bir sistemdir. Kredit - geri qaytarılmaq şərti ilə müəyyən müddətə faizlə verilən pul vəsaitidir. Bu vəsait nağd şəkildə verilə və ya kreditalanın hesab nömrəsinə keçirilə bilər. Kredit sövdələşmələrində kreditor və kreditalan iştirak edir.

Kreditdən fərqli olaraq lizinq uzun müddətə verilir və adətən, müştərilərdən əlavə girov tələb etmir. Lizinq, əsasən, sənaye avadanlığı, maşın, yeni texnologiya, istehsal təyinatlı bina və tikililər şəklində olur.Beynəlxalq maliyyə mərkəzlərində aparılan digər əməliyyat növlərindən biri də qızılın və qiymətli kağızların alğı-satqısıdır. Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Buna görə də dünyanın əksər dövlətlərinin qızıl fondu mövcuddur. Dünya bazarında qızıl - 1 unsiya (31,1 q) ilə hesablanır.



Qiymətli kağız səhm, istiqraz və s. formada ola bilər. Bu kağızlar pul kapitalını cəlb etmək məqsədilə buraxılır və qanunvericiliklə müəyyənləşdirilən hüquqi sənəddir. Qiymətli kağızların səciyyəvi cəhəti pul vahidini özündə ifadə etməsidir. Bu kağızlar dövlət və qeyri-dövlət əhəmiyyətli ola bilər. Dövlət əhəmiyyətli qiymətli kağızlardan biri istiqrazlar hesab olunur. Qiymətli kağıza sahib olan şəxs onun dəyərindən faiz almaq hüququna malikdir. Səhmlər isə sahibinə əmlakdan pay almaq hüququ verir, səhm sahibləri mülkiyyəti birləşdirə və ya bölə bilərlər. Qeyri-dövlət qiymətli kağızları müxtəlif şirkətlər, yaxud fiziki şəxslər tərəfindən buraxılır.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin