Ii yarımil. Coğrafiya. I mövzu TƏSƏRRÜfat sahəLƏRİn yerləŞMƏSİNİn xəRİTƏLƏRƏ Əsasən təHLİLİ



Yüklə 0,82 Mb.
səhifə42/46
tarix17.02.2022
ölçüsü0,82 Mb.
#114405
1   ...   38   39   40   41   42   43   44   45   46
XVIII mövzu.

AZAD İQTİSADİ ZONALAR.

Məhsulun tələbatdan artıq istehsal olunması iqtisadi münasibətlərin yeni formasının meydana gəlməsinə səbəb olmuş, nəticədə tələb və təklif əsasında bazar münasibətləri formalaşmışdır. Bazarda üstünlüyə malik olan məhsul və ya xidmət növü rəqabətədavamlı hesab edilir.

Müasir dünyada ölkələrarası bazar iqtisadi münasibətləri, əsasən, formalaşmış, dövlətlər arasında beynəlxalq ticarət əlaqələri genişlənmişdir. Ölkələrin iqtisadiyyatına kapital qoyuluşu xeyli artmışdır. Bunların nəticəsi kimi azad iqtisadi zonalar (AİZ) yaradılmışdır. İlk AİZ 1934-cü ildə gömrük rüsumlarının azaldılması və xarici ticarətin genişləndirilməsi məqsədilə ABŞ-da yaradılmışdır.

AİZ ölkə ərazisinin xüsusi rejim üzrə fəaliyyət göstərən bir hissəsidir. AİZ-in yaradılmasında əsas məqsəd ərazinin əlverişli coğrafi mövqeyindən və nəqliyyat imkanlarından səmərəli istifadə edilməsi, investisiyaların cəlb olunması, yeni iş yerlərinin açılması, dünya təcrübəsinin mənimsənilməsi, eləcə də ölkənin geridə qalmış bölgələrinin inkişafına təkan verməkdir. AİZ-lər İEÖ-lərin yerləşdiyi regionlarda iqtisadi qeyri-bərabərliyin aradan qalxmasına şərait yaradır.

Onlar təkcə xarici bazar üçün deyil, həm də daxili bazara xidmət edir. İEOÖ-lərdə isə AİZ-lər ölkəyə xarici investisiyaları cəlb edir, yeni texnologiyaları mənimsəmək imkanı yaradır.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin