Əlverişli iqlim şəraiti
|
Əlverişsiz iqlim şəraiti
|
Əlverişli (komfort) - havanın temperaturu +18-26°C, nisbi rütübəti 50-60%, küləyin sürəti 0,1-0,2 m/san olur. Belə şəraitdə bədən istiliyi tənzimləyir, yuxu rejimi sabit olur, görmə orqanları normal fəaliyyət göstərir. insanların iş qabiliyyəti yüksəlir, qısa istirahətdən sonra yorğunluq keçir və orqanizm tez bir zamanda bərpa olur.
|
Əlverişsiz (diskomfort) - havanın temperaturu +30°C-dən yuxarı və ya -8°C-dən aşağı, nisbi rütubət 80%-dən yuxarı və ya 25%-dən aşağı, küləyin sürəti 9 m/san-dən çox, dumanlı hava şəraiti gün ərzində 3 saatdan artıq olması ilə səciyyələnir. Qışda - güclü şaxta zamanı ürək, bronxit, pnev- moniya və viruslu xəstəliklərin artması müşahidə olunur. isti havada günvurma - orqanizmin su-duz balansının pozulması, təzyiqin düşməsi baş verir.
|
Hər il havaya 24 mlrd. m3 karbon qazı və digər zərərli maddələr atılır. Bu zərərli maddələr havadakı su buxarı ilə birləşərək yağıntılar vasitəsilə Yer səthinə qayıdır. Belə yağışlar “turşulu yağışlar” adlanır. Turşulu yağışların intensivləşməsi meşələri məhv edir və səhralaşma prosesini sürətləndirir. Əsasən, Avropa ölkələrində hər il müşahidə olunan turşulu yağışlar insanların sağlamlığına ciddi təsir edir, onlarda başağrısı, başgicəllənmə, ürəkbulanması, astma, allergik və ağciyər xəstəliklərinin yaranmasına səbəb olur.
Dostları ilə paylaş: |