Dünya bazarı ölkələr arasında mal mübadiləsinə olan tələbatdan yaranmışdır. Maşınlı sənaye və müasir nəqliyyat dünya təsərrüfatının formalaşmasına şərait yaratmışdır. Elmi-texniki inqilab isə dünya təsərrüfatının inkişafında mühüm rol oynamışdır.
Dünya bazarında hər bir ölkə özünün milli təsərrüfatı ilə dünya təsərrüfatının formalaşmasında iştirak edir. Dünya bazarına səmərəli şəkildə inteqrasiya olunması isə ölkələrin iqtisadi inkişafına qarşılıqlı təsir göstərir. İnteqrasiya ölkələrarası maliyyə münasibətlərinin də sıx şəkildə inkişafına səmərəli təsir göstərir və beynəlxalq maliyyə mərkəzlərinin yaranmasına səbəb olur.