İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Zonalararası Təcrübə Mübadiləsi Mövzu: Problem Ardıcıllığı Strateji Plan



Yüklə 13 Kb.
tarix25.10.2017
ölçüsü13 Kb.
#12471

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi

Zonalararası Təcrübə Mübadiləsi

Mövzu: Problem Ardıcıllığı - Strateji Plan

Təqdimatçı: Elxan Zeynalov, Ağcabədi rayonu Qiyaməddin Bələdiyyəsinin sədri, İcma Qrupunun üzvü

Fasilitatorlar: Nigar Həsənova, AzKİL2 Muğan-Salyan RƏO, KH Səfərbərçi;

Anar Həsənov, AzKİL2 Naxçıvan RƏO, Ofis meneceri;

Heydər Əliyev, AzKİL2 Naxçıvan RƏO, Mühəndis

Tarix: 23 sentyabr 2013

İcma: Ağcabədi rayonu, Qiyaməddin icması
AzKİL2 LİQ, LKH və RƏO icmalarda layihələrin icrası zamanı əldə olunmuş təcrübələrin bölüşdürülməsi məqsədilə layihədə nəzərdə tutulmuş V Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası təşkil etdi. Görüşdə AzKİL2 Naxçıvan zonası üzrə Şərur rayonu Həmzəli, Tumaslı, Danyeri, Aşağı Yaycı, Culfanın Xanəgah, Göydərə, Camaldın, Babək rayonunun Məzrə, Muğan-Salyan zonasının 2013-cü ilin sentyabr ayından fəaliyyətə başlayacağı rayonlarından Masallı rayonu Sığıncaq, Təzə Alvadı və Güllütəpə icmaları iştirak etdilər.

Zonalararası qarşılıqlı görüşlərdən biri 23 sentyabr 2013-cü ildə Ağcabədi rayonu Qiyaməddin icmasında keçirildi. Görüşün məqsədi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində həyata keçirilən icma şəbəkələşməsi vasitəsi ilə icmaların inkişafı üçün faydalı təcrübələrin və öyrənilmiş dərslərin yayılması, xüsusən yeni icmalarla inteqrasiya və işgüzar əlaqələrin qurulması, qarşılıqlı faydalanma və informasiya mübadiləsinin təşkilidir.

Görüşdə fasiltator olaraq AzKİL2 Köməkçi Heyətinin səfərbərçisi Nigar Həsənova, Naxçıvan RƏO-nun ofis meneceri Anar Həsənov və Naxçıvan RƏO-nun mühəndisi Heydər Əlyev iştirak etdi. Ağcabədi rayonu Qiyaməddin icmasının 7 nəfər İQ üzvü və monitorinq qrupunun üzvləri, qonaq icma kimi Gələbədin icması İQ-nin nümayəndələri də iştirak etdilər.

Qrup üzvləri ilə qonaqlar arasındakı tanışlıqdan sonra, Qiyaməddin icmasının bələdiyyə sədri Elxan Zeynalov qonaqları salamladı. Belə görüşlərin icmalar arasında qarşılıqlı əlaqələr yaradılmasında vacib olduğunu vurğuladı. Təqdimatçı icma haqqında ümumi məlumat verərək bildirdi ki, icma I qrup icmadır. İcmada öz vəsaitləri hesabına bir çox layihələr həyata keçirilib. Həyata keçirilən layihələr haqqında ətraflı məlumat verdi. Əldə etdikləri təcrübələrin qonşu icmalara da örnək olduğunu və sıx əməkdaşlıq etdiklərini bildirdi. Qiyaməddin icması AzKİL2 ilə “Yolun təmiri” layihəsini artıq başa çatdırmışdır. Qonaq icma kimi iştirak edən Gələbədin icmasının bələdiyyə sədri Əkbər Məmmədov, Ərazi İcra Nümayəndəsi Möhübbət Həsənov çıxış edərək bildirdilər ki, 1999-cu ildən öz vəsaitləri və əməkdaşlıq etdikləri təşkilatlar hesabına 28-dən çox layihə həyata keçiriblər. AzKİL2 ilə əməkdaşlıq edərək “Yolun bərpası” layihəsini həyata keçiriblər. Onu da qeyd etdilər ki, Qiyaməddin icmasının qonşu icma olması bir-birilərinin təcrübələrindən bəhrələnməsinə müsbət təsir edib.

Təqdimatçı Elxan Zeynalov “Problem ardıcıllığı - Strateji Plan” mövzusunda təqdimat etdi. Təqdimat zamanı icmanın problemləri haqqında danışdı. Baxmayaraq ki, icmada bir çox layihələr həyata keçirilib, bir çox problemlər həll olunub, ancaq yenə də həll olunması vacib olan problemlər var. Problemlərin ardıcıllıqla sıralanmasının onların həlli yollarının da asanlıqla həyata keçirilməsinə təkan verdiyini bildirdi. Problem ardıcıllığı ilə icmanın ən vacib “Yolun bərbad vəziyyətdə olması” probleminin həlli üçün də AzKİL2-yə müraciət etdiklərini bildirdilər. Layihə həyata keçirildikdən sonra digər icmaları da AzKİL 2 ilə əməkdaşlığa istiqamətləndiriblər.

Təqdimatçı strateji plana əsaslanaraq mövcud problemlərin hansı yolla həllinin araşdırılıb planlaşdırılması haqqında da məlumat verdi. Qarşılıqlı müzakirə zamanı iştirakçılar təcrübəli icma kimi Gələbədin və Qiyaməddin icmasından bir çox məsləhətlər aldılar, problemlərin həlli yollarında təcrübə əldə etdilər. Elxan Zeynalov AzKİL2 əməkdaşlarına təşəkkürünü bildirdi. Qeyd etdi ki, AzKİL2 ilə əməkdaşlıq icmanın həyatında müsbət rol oynadı, icmada mövcud problemlərin üzə çıxarılmasında və həllində icmaya böyük dəstək oldu.



Nəticələr:


  • Planlaşdırma nəticəsində icmanın ən vacib probleminin köklü həllinə nail olunmuş;

  • Gələcəkdə həyata keçiriləcək layihələrin həlli yolları planlaşdırılmış və konkretləşdirilmiş

  • Problemlərin ardıcıllıqla həllinə nail olunmuşdur.



Sual-cavab:
Sual: Heydər Əliyev, Naxçıvan RƏO Mühəndis

Strateji plana uyğun olaraq növbəti həll etmək istədiyiniz problemlər hansılardır? Və bu problemlərin həlli yolları üçün hansı donora müraciət etməyinizi konkret planlaşdırmısınızmı?



Cavab: Elxan Zeynalov

Növbəti problem icmada “İçməli su xəttinin olmaması”-dır. Bu problemin həlli üçün də AzKİL2-yə müraciət etmişik.



Cavab: Yusif İbrahimov

Masallı Sığıncaq icmasında starteji plana uyğun olaraq həll olunması planlaşdırılan növbəti layihə “Körpü tikintisi” layihəsidir.
Yüklə 13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin