İKİNCİ CİLD


QƏBİRLƏRİN ZİYARƏT OLUNMASI HAQDA NƏQL OLunMUŞ HƏDİSLƏR



Yüklə 1,43 Mb.
səhifə28/30
tarix17.07.2018
ölçüsü1,43 Mb.
#56943
1   ...   22   23   24   25   26   27   28   29   30

QƏBİRLƏRİN ZİYARƏT OLUNMASI HAQDA NƏQL OLunMUŞ HƏDİSLƏR


Bu məzmunda kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Biz isə yalnız İbni Teymiyyə adı ilə məşhur olan Əhməd ibni Əbdül-həkimin babası Əbdüssəlam ibni Abdullahdan nəql olunmuş hədislərə işarə etmək istəyirik. İlk növbədə onun «Əl-muntəqa» adlı kitabında nəql etdiyi hədislər haqda söhbət açacaq və sonra başqalarından nəql olunmuş digər hədislərə də işarə edəcəyik.

Əbdüssəlam ibni Abdullah ibni Əbdül-həkim ibni Teymiyyə, Bəridədən nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) buyurmuşdur: «Mən sizlərə qəbirləri ziyarət etməyi qadağan etmişdim. Lakin Allah-taala ananın qəbrini ziyarət etməyi Məhəmmədə icazə verdi. Siz də qəbirləri ziyarət edin və bilin ki, onların ziyarət etməklə axirət gününü xatırlatmış olursunuz.

2. Əbu Hüreyrədən nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) anasının qəbrini ziyarət edib ağladı. Əshab da onun ağladığını görüb ağladı. Sonra üzünü onlara tutub buyurdu: Allah-taaladan anamın bağışlanması üçün dua etməyimi istədim. Lakin o mənə buna icazə vermədi. Sonra Ondan anamın qəbrini ziyarət etməyə iaczə istədim. O, mənim bu istəyimi qəbul etdi və anamın qəbrini ziyarət etməyə icazə verdi. Sizlər də qəbirləri ziyarət edin. Çünki, qəbirləri ziyarət etmək insana ölümü xatırladır.

3. Abdullah ibni Əbi Məleykədən nəql etdiyi rəvayətdə deyir: Günlərin bir günündə Ayişə qəbristanlıq tərəfdən gəlirdi. Onu görcək dedim: Ey mö᾽minlərin anası! Haradan gəlirsən?

Dedi: Qardaşım Əbdürrəhmanın qəbrinin ziyarətindən.

Dedim: Məgər Peyğəmbər (s) qəbirləri ziyarət etməyi haram etməmişdirmi?

Dedi: Bəli, bir vaxtlar Peyğəmbər (s) qəbirləri ziyarət etməyi haram etmişdi, lakin sonra bu qadağanı aradan götürüb qəbirləri ziyarət etməyi tövsiyə edərdi.

İbni Teymiyyə rəvayəti nəql etdikdən sonra deyir: Bu rəvayəti Əsrəm də özünün «Sünən» adlı kitabında nəql etmişdir.



Müəllif:

Bu rəvayəti təkcə İbni Teymiyyə və Əsrəm deyil, Şeyx Məhəmməd Hamid Fəqinin «Muntəq»aya yazdığı haşiyədə dediyi kimi, İbni Macə, Hakim və Bəğəvi tərəfindən də «Şərhul sünəndə» də nəql olunmuşdur.

4. Əbu Hüreyrədən nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) qəbristanlığa gəlib üzünü qəbirlərə tutub buyurdu: «Salam olsun sizlərə ey mö᾽minlər! Biz də sizlərə qovuşacağıq». İbni Teymiyyə rəvayəti nəql etdikdən sonra deyir: Bu rəvayəti, Əhməd ibni Hənbəl, Müslüm və Nəsai də nəql etmişdir. Lakin Əhməd ibni Hənbəlin Aişədən nəql etdiyi bu sözlər əlavə olunmuşdur. Peyğəmbər (s) sonra buyurdu: İlahi! Bizləri onların savabından məhrum etmə və onlardan sonra bizləri sınağa çəkmə (ki, biz bunun öhdəsindən gələ bilmərik).

5. Bəridədən nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s) əshaba etdiyi tövsiyələrin birində buyurdu: Qəbirləri ziyarət edərkən sizlərdən biriniz desin: Salam olsun sizlərə ey ölülər, salam olsun sizlərə ey dünyasını dəyişmiş mö᾽min və müsəlmanlar! Biz də Allahın istək və iradəsi ilə sizlərə qovuşacağıq. Allah-taaladan bizlərin və sizlərin bağışlanmasını diləyirik.

İbni Teymiyyə hədisi nəql etdikdən sonra deyir: Əhməd ibni Hənbəl, Müslüm, İbni Macə də bu rəvayəti öz kitablarında nəql etmişlər.95

6. İbni Ömər, Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «Kim Allahın evini ziyarət etdikdən sonra mənim qəbrimin ziyarətinə gələrsə, sanki mənim sağlığımda ziyarət etmiş olur.» Bu rəvayəti Təbərani özünün «Əvasit» və Biyhəqi «Sünən» adlı kitablarında nəql etmişlər.

7. Başqa bir rəvayətdə deyilir: Peyğəmbər (s) buyurmuşdur: «Kim mənim qəbrimi ziyarət etsə, ona hökmən şəfaət edərəm.»

Bu rəvayəti İbni Udən özünün «Kamil» və Biyhəqi «Sünən» adlı kitabında nəql etmişlər.

8. Ənəs Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «Kim məni vəfat etdikdən sonra Mədinədə ziyarət edərsə, mən də qiyamət günü ona şəfaət edəcək və gördüyü işlərə şəhadət verəcəyəm.96

9. Əbu Hüreyrə, Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «Qohum-əqrəbasının qəbrini ziyarət edən, mərhuma salam verən şəxs oradan qalxmazdan əvvəl, ziyarətinə gəldiyi şəxsin salamını alar və onunla ünsiyyətdə olar. Bu rəvayəti Əbu Şeyx və Deyləmi də öz kitablarında nəql etmişlər.

10. Əbu Hüreyrə, Peyğəmbərdən (s) nəql etdiyi başqa bir hədisdə deyir: «Tanış qəbrin kənarından keçib ona salam verən şəxslər dərhal salamının cavabını alarlar.»

Bu rəvayəti Xətib Bağdadi, İbni Əsakir, İbni Nəccar və başqaları da nəql etmişlər. «Kənzul-ummalda» rəvayət nəql olunduqdan sonra müəllif deyir: Hədis sənəd və nəql edən şəxslər baxımından mö᾽təbər və e᾽tibarlıdır.

Müəllif «Kənzul-ummalda» qəbirləri ziyarət etmək və onları öpmək barədə səksənə yaxın hədis və rəvayət nəql etmişdir. Maraqlananlar bu kitaba müraciət edə bilərlər.97

11. Əbu Hüreyrə, Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «Mənə salam göndərən hər bir kəsin salamını Allah-taala mənə çatdırır və mən də cavab olaraq ona öz salamımı göndərirəm.98

12. İbni Ömər Kə᾽bə evindəki «qara daşı» (həcərül-əsvəd) təbərrük məqsədi ilə öpüb əl çəkmək barəsində deyir: «Peyğəmbər (s) qara daşı öpər və ona əl çəkərdi. Biri onun sözünü kəsib soruşdu. Ehtimal vermirsənmi ki, ziyarət zamanı izdiham olduğu üçün bu iş bizim üçün çətin və ya qeyri-mümkün olsun?! Cavabında dedi: Ehtimalını, belə ola bilsinləri kənar qoy! Çünki, mən Peyğəmbərin (s) Həcərül-əsvədi öpüb ona əl çəkdiyini öz gözlərimlə gördüm.»

Bu rəvayəti Buxari də öz kitabında Əhməd ibni Hənbəlin «Müsnəd» kitabında nəql etmişdir.

13. İbni Abbas deyir: Ömərin qara daşı öpüb ona əl çəkdiyini öz gözlərimlə gördüm. Bu işi Peyğəmbərdən (s) də görərdik. Bu rəvayəti Təyalisi və başqaları da nəql etmişlər.

14. Əbu Cəfər deyir: İbni Abbas Kə᾽bə evinin divarını öpüb alnını oraya qoydu və bu işi üç dəfə təkrar etdi.

15. Əkrəmə İbni Abbasdan nəql etdiyi rəvayətdə deyir: «Peyğəmbərin (s) alnını «qara daşın» üzərinə qoyduğunu dəfələrlə öz gözlərimlə gördüm.99

16. Davud ibni Saleh deyir: Günlərin bir günündə Mərvan üzünü Peyğəmbərin (s) qəbrinə qoyan bir şəxsi görüb bərk qəzəbləndi. Boynundan yapışıb möhkəm sıxaraq ondan soruşdu: «Heç bilirsənmi nə edirsən?!» Çətinliklə də olsa deyir: «Bəli, bilirəm nə edirəm». Mərvan onun üzünə diqqətlə baxdıqda görür ki, o Əbu Əyyub Ənsaridir. Əyyub ona deyir: «Günlərin bir günündə Peyğəmbərin (s) yanında idim. Bir qədər söhbət etdikdən sonra buyurdu: Layiq və əməli-saleh insanlar sizə dini rəhbər olduqları zaman din üçün ağlayıb, qəm-qüssə çəkməyin. Din üçün o zaman ağlayıb kədərlənin ki, dininiz naşı və nalayiq insanların əlinə düşmüş olsun».

Bu rəvayəti Hakim də özünün «Mustədrək» adlı kitabında nəql etdikdən sonra onun mö᾽təbər olduğunu təsdiq edir.

«Qara daşı» öpmək, əl çəkmək, onun üzərinə üz qoymağa dair nəql olunmuş rəvayətləri İbni Teymiyyə də özünün «Əl-muntəqa» adlı kitabında nəql etmişdir.

17. İbni Əsakir nəql etdiyi rəvayətdə deyir: «Bir çöl ərəbi Peyğəmbərin (s) qəbri üzərinə gəlib bir ovuc torpaq götürüb üz-gözünə sürtüb dedi: Ya Rəsuləllah! Qur᾽anda deyilir ki, «Onlar [mö᾽minlər] bir-birlərinə qarşı durduqları zaman sənə pənah gətirsinlər». Mən də özümə zülm edib [günaha düçar] olub sənə pənah gətirmişəm. Mənim Allah-taaladan bağışlanmağımı istə.»

Qəbirdən belə bir səs eşidildi: «Ey insan! Sən artıq bağışlandın.» İbni Əsakir deyir: Bu əhvalat Əli (ə)-ın hüzurunda baş vermişdir.

20. İbni Əsakir nəql etdiyi sonuncu rəvayətdə deyir: «Bilal, Peyğəmbərin (s) qəbri üzərinə gəlib üzünü qəbrin üzərinə qoyub həzin-həzin ağladı. Həsən və Hüseyn də onun yanına gəlib həsrətlə qəbrə baxdılar. Bilal onları görcək ayağa qalxdı və onlara məhəbbət göstərərək üz-gözlərindən öpərək şirin dillə söhbətə tutdu.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin