Şәriәt vә islam qanunları tәrәfindәn uydurulan hәr bir hökm vә hәr hansı bir hәqiqi qanunvericilik orqanı tәrәfindәn qüvvәyә minәn hәr bir qanun sübut vә isbat baxımından iki mәrhәlәdәn ibarәtdir:
Buradan hәmәn qanunvericilik mәrhәlәsi nәzәrdә tutulur. Bu mәrhәlәdә hökm vә qanun ümumi şәkildә hәr hansı bir mәtlәb nәzәrdә tutulmadan qüvvәyә minir. Mәsәlәn, şәrabın haram olduğuna dair hökm verilir. Belә bir qanunvericiliyin mә᾽nası bundan ibarәtdir ki, hәr zaman vә hәr yerdә şәrab olsa ondan istifadә (alıb-satmaq, içmәk, hәdiyyә etmәk vә s.) haram vә yol verilmәzdir.
Nәsx olunmadan belә bir hökmün aradan götürlmәsi qeyri-mümkündür. Çünki, bu qanunvericilikdә nә zahiri, nә dә batini mәtlәb nәzәrdә tutulur.
Bu mәrhәlәdә ilk növbәdә sadir olunmuş hökmün xaricdә qüvvәyә minmәsi nәzәrdә tutulur. Vә hökm bu mәrhәlәyә yalnız o zaman çata bilәr ki, başqa sözlә desәk, yalnız elә bir şәraitdә qüvvәyә minә bilәr ki, nәzәrdә tutulan mәtlәb xaricdә hәyata keçmiş olsun. Mәsәlәn, şәrab meydana gәldiyi gündәn onun haramlığına dair qәti hökm sadir olundu. Yә᾽ni nә qәdәr ki, şәrab mövcuddur, onun haramlığına dair sadir olunmuş hökm dә qüvvәdә olacaqdır. Lakin mövzu aradan götürüldükdә (yә᾽ni xaricdә mövcud olmadıqda) hәtta әgәr şәrab sirkәyә çevrilsә belә haramlığına dair sadir olunmuş hökm dә qüvvәdәn düşәcәkdir. Amma diqqәt yetirmәk lazımdır ki, belә bir hökmün qüvvәdәn düşmәsinin nәsxlә heç bir әlaqәsi yoxdur. Artıq bizә nәsxin vә mövzunun әvәz olunmasının nә olduğu bәlli oldu. Haqqında söhbәt açmaq istәdiyimiz mövzu Qur᾽an mütәxәssislәri arasında ixtilafa sәbәb olmuş nәsx mәsәlәsidir. Belә ki, qüvvәdә olan sabit hökm, xaricdә mövzunun olmasına baxmayaraq (zәmanәnin tәlabatını ödәmәdiyi üçün) ya aradan götürülür vә ya tam ayrı bir hökm ilә әvәz olunur.
İslam dünyasının görkәmli alim vә mütәxәssislәri hamılıqla nәsxin mümkünlüyünә (yә᾽ni ilahi hökmlәrdәn bә᾽zilәrinin, digәr hökmlәrlә әvәz olunmasına) dair öz fikir vә mülahizәlәrini irәli sürmüşlәr. Lakin mәsihi vә yәhudi alimlәri bu nәzәriyyә ilә müxalifәt edәrәk ilahi hökmlәrin nәsx olunmasını vә qeyri-mümkün hesab edirlәr. Bu barәdә onlar heç bir әsası olmayan yalnız bir dәlilә istinad etmişlәr.
NӘSXİN QEYRİ-MÜMKÜNLÜYÜ
Nәsx nәzәriyyәsi ilә müxalif olanlar nәsxin qeyri-mümkünlüyü haqda deyirlәr: Hökmlәrin nәsx olunması bu iki haldan xaric deyildir. Ya qüvvәyә minmiş qanuna lazımınca riayәt olunmamış vә ya qanunverici qüvvә bunun nә ilә nәticәlәnәcәyini bilmәdiyi üçün bir sıra çәtinliklәrlә qarşılaşmış vә mәcburiyyәt qarşısında onu digәr hökmlәrlә nәsx etmәli olmuşdur. Lakin verilәn hәr iki ehtimal hәqiqi qanunvericiliyә, yә᾽ni Allaha aid olduğu üçün qәbul edilmәsi qeyri-mümkündür.
İzah: Qanunvericilik mәsәlәsi elmi, hәr şeyi әhatә edәn adil vә hәkim olan Allaha aiddir. Onun bütün hökmlәri zәmanәnin tәlabatına uyğun vә eyni zamanda dәrin hikmәtә әsaslanır. Çünki, qeyri-mәntiqi vә zәmanәnin tәlabatına uyğun olmayan qanunlar ilahi hikmәt vә әdalәt prinsiplәri ilә tamamilә ziddiyyәt tәşkil edir. Demәk, verilmiş birinci hökm zәmanәnin tәlabatı ilә tamamilә uyğun vә dәrin hikmәtә әsaslanmışdır. Vә әgәr qanunverici mә᾽lumatsızlıq vә ya zәmanәnin tәlabatını nәzәrә almadan sәhvә yol verәrәk zәmanә vә şәraitә tamamilә ziddiyyәtli hökmlәr verәrsә vә nәticәdә bunun necә pis nәticәlәr verdiyi aşkara çıxarsa, әvvәlki hökm nәsx olmuş olur. Vә belә olduqda başqa bir irad nәzәrә çarpır. O da nәsxin Allahın cәhl vә mә᾽lumatsızılığından irәli gәldiyindәn ibarәtdir. Nәticәdә belә bir qәnaәtә gәlәcәyik ki, nәsx ya qanunvericinin zәmanәnin tәlabatına zidd hökm vermәsindәn vә ya zaman vә şәraitә olan mә᾽lumatsızlığından irәli gәlir. Bir halda ki, Allah bütün eyb vә nöqsanlardan uzaq vә bu kimi xüsusiyyәtlәrdәn pak vә münәzzәhdir.
Cavab: Qanunverici (Allah) tәrәfindәn verilәn bә᾽zi hökmlәr heç dә hәmişә icra xarakteri daşımır. Yә᾽ni bu kimi hökmlәr bә᾽zәn insanları imtahan vә ya üzәrlәrinә düşәn vәzifәlәri tam şәkildә bәyan etmәk mәqsәdi ilә verilir. Belә olan bir halda nәsx heç bir mәnfi mәfhum kәsb edә bilmir. Çünki, hәr iki hökm (yә᾽ni hökmün qanunverici tәrfindәn verilmәsi vә sonradan onun digәr hökmlә nәsx olunması) zәmanәnin tәlabatına uyğun vә sәbәbsiz olaraq verilmәmişdir.
Demәk, belә bir nәsxin hәyata keçmәsi heç dә nә ilahi hikmәti ilә müxalif, nә dә Onun cәhlindәn irәli gәlir vә belә olduqda belә xüsusiyyәtlәrin Allah üçün qeyri-mümkün olması da heç bir mәfhum kәsb etmәyәcәkdir.
Bә᾽zәn dә tәlabatı nәzәrә alaraq müәyyәn işlәr üçün qanun qәbul edir vә bir müddәt keçdikdәn sonra onlar hәmәn qanunverici tәrәfindәn nәsx olunur. Lakin bu heç dә o demәk deyildir ki, qüvvәdә olan ilk qanun hәmişәlik olaraq qәbul olunmuş, amma sonralar ehtiyac vә tәlabatı nәzәrә alaraq qanunverici tәrәfindәn daha mükәmmәl bәndlәrlә әvәz olunmuşdur. Belә bir şeyi qәbul etmәklә böyük bir sәhvә yol vermiş olardıq. Allah hökmü verdiyi ilk gündәn onun qısa müddәtli (müvәqqәti) olduğunu bilmiş vә müddәt başa çatdıqdan sonra onu yeni hökmlә әvәz etmişdir. Vә belә bir şәraitdә nәsx heç bir mәnfi xarakter daşımır vә belә bir cәrәyan Allahın elm vә hikmәti ilә ziddiyyәtlik tәşkil etmir. Belә bir nәticәyә gәlirik ki, «şәr᾽i nәsx» deyildikdә, qısa müddәtli qüvvәdә olacaq vә bu müddәt başa çatdıqdan sonra nәsx olunan hökmlәri nәzәrdә tutmalıyıq. Nәsxin belә bir şәraitdә hәyata keçmәsi tamamilә normal bir haldır. Çünki, zaman vә şәraitin ilahi hikmәt vә qanunlara tә᾽sir göstәrmәsi inkarolunmaz bir hәqiqәtdir. Belә ki, bә᾽zәn zaman vә şәrait dәyişildikdә qanunlar yenidәn әvәz olunur vә yeni qanun vә hökmlәr qüvvәyә minir. Mәsәlәn bir zamanlar «bazar ertәsi» Allah-taala tәrәfindәn hәzrәt Musa (ә)-ın davamçıları (yәhudilәr) üçün bayram (istirahәt) günü tә᾽yin olunur. Әsrlәr, illәr keçir vә islam dini zühur edir. Şәrait vә zaman nәzәrә alınaraq cümә günü müsәlmanlar üçün bayram vә istirahәt günü kimi tә᾽yin olunur. Vә sonralar zaman vә şәrait nәzәrә alınaraq namaz, oruc, hәcc vә dinin digәr zәruri hökmlәrindә dә müәyyәn dәyişikliklәr aparılır. Demәk, dövrün (zamanın) әvәz olunması şәr᾽i qanunların tә᾽yin vә ya әvәz olunmasında әn başlıca me᾽yar hesab olunur. Zaman müәyyәn dövr baxımından müәyyәn xüsusiyyәtlәrә malik olduğu kimi, çәkәcәyi müddәt baxımından da özünәmәxsus xüsusiyyәtlәrә malik ola bilәr. Belә ki, müәyyәn dövrdә adi hala çevrilmiş hәr hansı bir iş vә ya qüvvәdә olan qanun zaman vә şәrait dәyişilmәklә yeni-yeni qanun vә adәt-әn᾽әnәlәrlә әvәz olunur.
TÖVRAT VӘ İNCİLDӘ NӘSX
Yәhudi vә mәsihilәrin ilahi qanunlarda nәsxә yol verilmәdiyinә dair gәtirdiklәri dәlillәr artıq bizә mә᾽lum oldu. Lakin bir qәdәr әvvәl qeyd etdik ki, ilahi qanunların nәsx olunması mümkün vә adi bir haldır. Çünki, nәsx hәr hansı bir hökmün müәyyәn dövrdә qüvvәdә olmasından vә ehtiyacı ödәmәdikdә isә digәr qanunlarla әvәz olunmasından savayı bir şey deyildir. Lakin daha tәәccüb doğuran yәhudi vә mәsihilәrin nәxsin ilahi qanunlarda qeyri-mümkünlüyünü iddia etmәlәridir. Bir halda ki, biz Tövrat vә İncilin fәsillәrinin bir çoxunun nәsx olunduğunun şahidi oluruq. Sizlәri onlardan bir neçәsi ilә tanış edirik:
1. «Allah-taala Musa vә Haruna xitab edәrәk buyurur: Bәni-qәhatın sayı qәdәr, Bәni-lavi qәbilәlәrindәn vә onların ata-babaları ilә qohumluq әlaqәsi olan qәbilәlәrdәn yaşı otuzdan-әlliyә qәdәr olan şәxslәr orduya daxil olub orada hamılıqla lazımı işlәr görsünlәr»1 Lakin 8-ci fәslin 23 vә 24-cü bәndlәrindә hökmün nәsx olunduğu vә orduya 25 yaşlı cavanların daxil olunması göstәrilir. Orada deyilir: Allah-taala Musaya xitab edәrәk buyurur: Bәni-lavinin qanununa әsasәn, 25 yaşlı cavanlar daxil olmalı vә orada xidmәt etmәlidirlәr. 2332-ci bәndlәrdә, hökmün ikinci dәfә nәsx olunduğu vә orduya daxil olan şәxslәrin iyirmi yaşdan ibarәt olması göstәrilir.
Bәni-lavinin iyirmi beş yaşına çatmış hәr bir cavanı orduya üzv olub Allahın evinә xidmәt etdi...
2. Әgәr sizlәrdәn biriniz Allah yolunda nәzir edә vә ya and içәrsә, ona әmәl etmәli vә әhdinә xilaf çıxmamalıdır.2
Lakin Matveyin İncildә (5-ci fәsl, 33-cü bәndlәr) and hökmünün nәsx olunduğu göstәrilir. Orada deyilir: «And içmәyiniz haqda verilәn hökmü eşitmisiniz. Allah içdiyiniz andlara hökmәn әmәl edin! Lakin mәn sizә deyirәm: Heç vaxt and içmәyin!»
3. Tövratda (21-ci fәsil 23 vә 24-cü bәndlәrdә) qisas hökmü haqda deyilir: «Әgәr başqasına zәrәr yetirәrsәnsә onun әvәzini ödәmәlisәn» Gözә-göz, dişә-diş, buruna-burun, әlә-әl, yaraya-yara vә basılmış dağ әvәzinә dağ basılmalıdır.»
Yenә dә Matveyin İncilindә (5-ci fәsil 28-29-cu bәnd) qisas hökmünün nәsx olunduğu göstәrilir. Orada deyilir: Tövratda, gözә-göz, dişә-diş qisas olaraq alılndığını eşitmisiniz. Lakin mәn sizә zülm edәnlәrә qarşı müqavimәt etmәmәyinizi әmr edirәm. Sağ üzünüzә sillә vurarlarsa, sol üzünüzü çevirin. Sizinlә dava edәrkәn әbanızın yaxasından yapışarlarsa әbanızı ona verin.
4. Sizinlә bağlayacağım әhd-peymana әmәl etmәli vә özünüzdәn sonra onu öz övladlarınıza irs qoymalısınız. «Bağlayacağım әhd-peyman kişilәrinizin xәtnә olunmasıdır.» 3
Bu hökm hәzrәt Musa (ә)-ın şәriәtindә dә tәsdiq olunmuşdur.4
Yenә dә 12-ci fәsildә (2 vә 3-cü bәndlәr) deyilir:
«Bәni-israilә de ki: Oğlan uşağı doğan qadın yeddi gün heyz olduğu üçün nәcis hesab olunur vә sәkkizinci gün uşaq xәtnә olunmalıdır».
Bu hökmün dә kitabın 15-ci fәslindә (24-30-cu bәndlәr) [Peyğәmbәrlәrin gördüklәri işlәr, Polisin yazdığı mәktublar] nәsx olunduğunun şahidi oluruq.
«Oğlan uşaqlarının xәtnә olunması yәhudi vә mәsihi dininin davamçılarının üzәrindәn götürülür...»
5. Tövratda qadınlara tәlaq verilmәsi haqda deyilir:
Evlәndiyiniz qadınlarda xoşagәlmәz rәftar vә ya xüsusiyyәt gördükdә onlara tәlaq verib evinizdәn çıxarın. Qadın ikinci dәfә әrә gedib ondan da boşanarsa üçüncü dәfә әrә gedә bilәr. Vә әgәr onun üçün әri ölәrsә yenidәn birinci әri ilә ailә qura bilmәz.5 Lakin İncil bu hökmü nәsx edәrәk tәlaq verilmәsini haram edir.
«Deyilir ki, zövcәsi ilә razılığa gәlә bilmәyәnlәr onlara tәlaq verә bilәrlәr. Lakin mәn sizә bu hökmü verirәm: Zinadan başqa kim öz zövcәsinә tәlaq verәrsә, onun zina etmәsinә sәbәb olur. Vә özü başqa bir tәlaq verilmiş qadınla evlәnәrsә yenә dә zina etmiş olur.»
Tәlağın haramlığına Markosun İncilindә dә (16-cı fәsil, 17-ci bәnd vә 10-cu fәsil 11-12-ci bәnd) rast gәlmәk olur.
Bu barәdә әtraflı mә᾽lumat әldә etmәk istәyәnlәr «İzharul-hәqq» vә «Әlhuda ila dinil Mustәfa» adlı kitablara da müraciәt edә bilәrlәr.
Dostları ilə paylaş: