Poliomielit
Poliomielit
— sinir
sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və
ölüml
ə nəticələnə bilən yoluxucu xəstəlikdir. Yoluxma fekal-oral (çirkli
əllər, yoluxmuş qida, əşyalar,
oyuncaqlar, çirkab sular və s.) və ya
hava-
damcı yolu ilə, əsasən ağız boşluğuna virusun düşməsi
ilə baş
verir. Poliomielit
ə, adətən, 15 yaşa qədər uşaqlar,
nadir hallarda isə
böyükl
ər də yoluxa bilərlər. Ən çox 5 yaşadək uşaqlar xəstələnirlər.
Poliomielitin ilkin
əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində
müşahidə olunur.
X
əstəlik, adətən, soyuqdəymə simptomları və hərarətin yüksəlməsi ilə
başlayır. Bir qədər sonra xəstədə möhkəm əzələ ağrıları və süst ifliclər
inkişaf edir. Bu zaman ətraflardan birinin, yaxud hər ikisinin hərəkət
aktivliyi
itir v
ə tənəffüs əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir. Süni tənəffüsün verilməsi
üçün xüsusi l
əvazimatdan istifadə olunmadıqda, xəstəlik ölümlə nəticələnə bilər. Poliomielitin
diaqnozu yalnız laborator müayinə nəticəsində qoyulur.
Tör
ədici xəstə ilə kontaktda olduqda, qida, hava və həşəratlarla sağlam şəxslərə keçə bilər.
Bağırsağın selikli qişasında viruslar artır, çoxalır və qana sorulur.
Ən əvvəl temperatur yüksəlir,
üşütmə, yorğunluq müşahidə edilir, bağırsaq fəaliyyəti pozulur. Onurğada ağrılar duyulur. Sonra
iflic
dövrün
ə keçir. Müxtəlif formalarda ifliclər verir. Bərpa dövrü bir neçə aydan bir neçə ilə qədər
uzana bil
ər.Müalicəsi ciddi yataq rejimi ilə başlanır. Onurğa sütununun əyilməsinin qarşısını almaq
üçün döşək hamar və bərk olmalıdır. Ağrıkəsicilər, qamma-qlobulin, qan köçürülməsi, qlütamin
t
urşusu, C, B1, B12 vitaminləri təyin edilir yəni hərəki neyronlarda lokalizə olunur.
götürülmüşdür.Adətən ifliclə fəsadlaşdığı üşün buna “ uşaq spinal iflici xəstəliyi” də
deyilir.Poliomielit x
əstəliyinin törədicisi olan polioviruslar RNT tərkibli pikonaviruslar
ailəsinə
m
əxsusdur.
Pikonaviruslar ail
əsi 4 cinsə bölünürlər.Aftoviruslar ,Kardioviruslar ,Enteroviruslar və
Rinoviruslar.Çox xırda ölçüyə malik polioviruslar 3 seroloji tipi ayırd edilir. Poliomielit xəstəliyindən
sonra davamlı immunitet yaranır.
Poliomielit
əleyhinə xüsusi müalicə yoxdur. Xəstənin müalicəsi yalnız xəstəliyin simptomlarının
(h
ərarətin yüksəlməsi, iştahasızlıq, əzginlik, əzələ və baş ağrıları və s.) yüngülləşdirilməsindən
ibar
ətdir. Poliomielit keçirmiş insanların çoxu ciddi iflic qalıqları ilə üzləşir. Adekvat fizioterapiya
olmadıqda iflicə məruz qalmış əzələlərin funksional aktivliyi bərpa olunmur.
Əzələ aktivliyinin bərpası orqanizmin fərdi xüsusiyyət və imkanlarından da asılıdır.
Peyv
ənd zamanı poliomielitə qarşı vaksin məhlul şəklində pipetlə uşağın ağız boşluğuna
damızdırılır. Azərbaycanda poliomielitə qarşı peyvənd uşağın 4-7 günlüyündə, sonra isə 2, 3, 4 və
18 aylığında edilir. Beləliklə hər bir uşaq 2 yaşınadək MÜTLƏQ həmin vaksinin 5 dozasını
almalıdır. Peyvəndin yalnız tam kursunu alan uşaq poliomielitdən qorunmuş hesab olunur.
Hindistan, Pakistan, Əfqanıstan və Nigeriyaya, həmçinin poliomielit virusunun yayıldığı istənilən
dig
ər ölkəyə səyahət etməzdən əvvəl poliomielitə qarşı peyvənd etdirmək tövsiyə olunur.
Dostları ilə paylaş: