İkt-baza bilikləri



Yüklə 252,61 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix26.11.2023
ölçüsü252,61 Kb.
#136453
  1   2   3   4
azmiu 61



Mövzu:
M
əhlullar haqqında nəzəriyyələr.Həllolma prosesində entalpiya 
v
ə entropiyanın dəyişməsi.Məhlulların qatılığının ifadə üsulları. 
T
əmiz maddələrdə olduğu kimi məhlul da homogen sistemdir. Yəni məhlulun komponentləri 
qarşılıqlı surətdə bir-birinin kütləsində molekul, atom və ya ionlar şəklində bərabər paylanır. Bu 
zaman aqreqat halını dəyişməyən komponent "
h
əlledici
" adlanır. Məsələn, müxtəlif duzlar, şəkər 
v
ə s. suda həll olduqda, suyun aqreqat halı dəyişməz qalır. Məhlulun eyni aqreqat halına malik 
komponentl
ərdən (qaz+qaz, maye+maye, bərk+bərk) əmələ gəlməsi zamanı isə miqdarca çoxluq 
t
əşkil edən komponent həlledici olur. 
Canlı aləmin əmələ gəlməsində və inkişaf edərək mövcud olmasında məhlullar əvəzsiz rola malikdir. 
Bel
ə ki, həm bitkilər, həm də digər canlılar özlərinə lazım olan qida maddələrini adətən məhlul 
şəklində mənimsəyirlər. Hətta tibbdə istifadə olunan dərman preparatlarının böyük əksəriyyəti də 
venaya v
ə ya dəri altına məhlul şəklində yeridilir. Ən sadə
zülalların da quruluşu məhlulda formalaşmışdır. Deməli, canlı aləmin mövcudluğunun 
saxlanılmasında və inkişafında məhlullar mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, maddələr 
mübadil
əsinin əsasını da müxtəlif fiziki-kimyəvi proseslər, o cümlədən diffuziya, həllolma, osmos, 
dializ, hidroliz, buxarlanma, kondensl
əşmə və s. təşkil edir. 
Bel
əliklə yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, tibb təhsil sahəsində də 
m
əhlullar bəhsi geniş miqyasda tədris olunmalı və öyrənilməlidir. 
Bir madd
ənin başqa maddə mühitində kiçik hissəciklər şəklində yayılmasından alınan sistem 
dispers sistem adlanır. Maddənin yayıldığı mühit dispers mühit, dispers mühitdə yayılan maddə isə 
dispers faza adlanır. Dispers faza və dispers mühitin aqreqat halına görə 9 növ dispers sistem var: 
1. Mühiti qaz olan dispers sisteml
ər: 
Q Q 
M Q
B Q
2. Mühiti b
ərk olan dispers sistemlər: 
Q B 
M B 
B B 
3. Mühiti maye olan dispers sisteml
ər: 
Q M 
M M 
B M 
Yuxarıda qeyd edildiyi kimi, canı aləmin həyat tərzinin mövcudluğunun saxlanılmasında və 
inkişafında mühiti maye olan dispers sistemlər daha çox əhəmiyyət kəsb edir. Belə dispers 
sisteml
ərin bir çox xassələri, o cümlədən davamlılığı dispers fazanın ölçülərindən asılıdır. Odur ki, 
bel
ə məhlullar dispers faza hissəciklərinin ölçüsünə görə 3 yerə bölünür: həqiqi məhlullar, kolloid 
m
əhlullar və asılqanlar. 
İki və ya daha çox komponentlərdən ibarət olan, dəyişkən tərkibli bircinsli (homogen) sistemlərə 
h
əqiqi məhlul deyilir. Həqiqi məhlullarda dispers faza hissəciklərinin ölçüləri 1 millimikrondan 
(mmk) kiçik olur. Bel
ə məhlullar bircinsliliyi ilə bərabər eyni zamanda çox davamlı sistemlərdir. 
Elektrik keçiriciliyin
ə görə onlar iki yerə bölünür: elektrolitlərdən əmələ gələn ion məhlulları və qeyri-
elektrolitl
ərdən əmələ gələn molekulyar məhlullar. 
Ad
ətən dispers mühiti maye olan məhlullarda dispers faza və dispers mühiti bir-birindən 
f
ərqləndirmək lazımdır (baxmayaraq ki, bu bölgü şərtidir). Əgər məhlulun komponentləri təmiz halda 


müxt
əlif aqreqat haldadırsa, onda o komponent həlledici hesab edilir ki, onun aqreqat halı məhlulun 
aqreqat halı ilə eyni olsun. Əgər məhlulun komponentləri eyni aqreqat haldadırsa, onda hansı 
komponentin miqdarı çoxdursa, o həlledici adlandırılır. Digər tərəfdən, əgər məhlulda hər iki 
komponentin miqdarı bir-birinə bərabər və ya yaxındırsa və onlar eyni aqreqat haldadırsa, onda 
dispers faza v
ə dispers mühit məfhumları öz məzmununu itirir; belə məhlulda, həllolma zamanı 
hansı komponentin daxili quruluşu dəyişmirsə, o həlledici qəbul olunur. 
Saf mayel
ər kimi, məhlulların da daxili quruluşu var.Duru məhlullarda o həlledicinin, qatı 
m
əhlullarda isə həll olan maddənin daxili quruluşuna yaxın olur. Ümumiyyətlə, məhlul əmələ 
g
ələrkən həm həll olan maddənin, həm də həlledicinin daxili quruluşu nisbətən dəyişir. Bu isə 
endotermik prosesdir. H
əllolan və həlledici hissəciklərinin qarşılıqlı təsir məhsulu olan solvatların 
əmələ gəlməsi isə ekzotermik prosesdir. Həllolmanın ümumi istilik effekti isə həllolma zamanı ayrılan 
(udulan) istilik effekti il
ə solvatların əmələgəlmə istiliyi arasındakı fərqdən asılıdır ki, bu da ya müsbət 
(ekzotermik), ya da m
ənfi (endotermik) olur; 1 mol maddənin həllolması zamanı udulan və ya ayrılan 
istilik miqdarına həllolma istiliyi deyilir. 
Qeyd etmək lazımdır ki, həllolma prosesi nəinki istilik effekti ilə eyni zamanda bəzi hallarda 
həcm və ya rəng dəyişikliyi ilə də müşayiət olunur. Odur ki, maye məhlullara kimyəvi birləşmələr 
kimi də baxmaq olar. Lakin məhlulların sabit tərkibinin, başqa sözlə, həll olan maddə ilə həlledici 
hissəcikləri arasında dəqiq çəki nisbətinin olmaması və onların tərkibinin daim dəyişməsi onları 
mexaniki qarışığa bənzədir. Buna görə də, məhlullar mexaniki qarışıqla kimyəvi birləşmə arasında 
ort
a mövqe “tutur”.
Kimyanın ən əsas məqamlarından biri olan həllolma prosesi, bir maddənin bir halından digər bir 
halına çevrilmə prosesini ifadə edir. Bu proses zamanı, maddenin entalpiyası və entropiyası 
dəyişir və bu dəyişikliklər, kimyanın bir sıra önəmli prinsiplərinə əsaslanır. 

Yüklə 252,61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin