İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


İslam inancını gücləndirmək üçün Quranla ünsiyyətin təsiri



Yüklə 391,59 Kb.
səhifə10/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   6   7   8   9   10   11   12   13   ...   226
İslam inancını gücləndirmək üçün Quranla ünsiyyətin təsiri

Bu ay həmçinin Quranın baharıdır. Quranla ünsiyyət İslam inancını gücləndirir və dərinləşdirir. İslam cəmiyyətlərinin bədbəxtliyi Qurandan, onun həqiqət və bilgilərindən uzaq düşməsinin nəticəsidir. Quranın mənasını anlamayan və onunla ünsiyyətdə olmayan müsəlmanlar bir yana, hətta Quranın dili öz doğma dilləri olan və Quranı başa düşən insanlar da Quran ayələri üzərində dərindən düşünmədiklərinə görə Quran həqiqətləri ilə tanış olmur və ünsiyyət yarada bilmirlər. Quran buyurur: "Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!"2 Yəni Allah möminləri kafirlərin əlinin altında qoymaz və onların qarşısında xar etməz. Bu ayə ərəb ölkələrində və bütün dünyada ərəbdilli insanlar tərəfindən oxunur, amma ona əməl olunmur. Quran ayələri üzərində diqqətlə fikirləşib düşünmürlər və nəticədə İslam ölkələri geridə qalır.

Quranla ünsiyyət - onu oxumaq, yenə oxumaq, Quranın dedikləri haqda fikirləşmək və onları anlamaqdır. Qeyri-ərəb xalqlar Quranın tərcüməsindən istifadə edə, onun sözlərini təxmini şəkildə bilib məzmununu anlaya və o barədə düşünüb fikirləşə bilərlər.

Quran ayələri üzərində düşünsək, bizim iradə və müqavimətimiz güclənər, bundan da çox olar. Bir zaman küfr və zülmət dünyası ilə vuruşan insanları yetişdirən amil elə Quran ayələridir. Bu bilgilər bizim böyük xalqımızı zülmət dolu müasir cahiliyyət dünyası ilə - iyirminci əsrin modern cahiliyyəti ilə vuruşmağa vadar və qadir etdi. Ümidvarıq ki, bizim xalqımız Qurana və Quran həqiqətlərinə günbəgün daha yaxınlaşsın!

Tehranın cümə namazı xütbələrindən: 1990.


Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin