İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


) Qulağı, gözü, dili və ürəyi günahdan saxlamaq



Yüklə 391,59 Kb.
səhifə112/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   108   109   110   111   112   113   114   115   ...   226
2) Qulağı, gözü, dili və ürəyi günahdan saxlamaq

Orucun ikinci mərhələsi günahdan çəkinməkdir; yəni qulağı, gözü, dili, qəlbi və hətta bəzi rəvayətlərə görə bədənin dərisini və tükünü də günahdan saxlamaq. Əmirəlmöminindən (ə) nəql olunmuşdur ki, oruc tutarkən yemək və içmək kimi, haramlardan da çəkinmək lazımdır.2 Bu, oruc üçün daha üstün bir mərhələdir. Ramazan ayı insanın günahdan çəkinməyə alışması üçün əlverişli bir fürsətdir. Bəzi gənclər tez-tez bizə müraciət edib deyirlər ki, bizim günahdan çəkinməmiz üçün dua edin. Sözsüz ki, dua etmək yaxşıdır, lazımdır və edirik, amma günah etməmək insanın iradəsinə bağlı məsələdir. Siz günah etməməyə qərar verməlisiniz və qərar verdiyinizdə bu iş çox asan olacaq. Günahdan çəkinmək insanın gözündə bir dağ kimi görünür, lakin qərar verdikdə hamar bir yer kimi olur. Ramazan ayında hamının buna alışması üçün ən əlverişli şərait yaranır. Fatimeyi-Zəhradan (ə) nəql olunan bir hədisdə deyilir: "Oruc tutanın dili, qulağı, gözü və bədən üzvləri günahdan qorunmasa, onun orucunun nə faydası?!"3 Rəvayətə görə, bir qadın öz xidmətçisinə hörmətsizlik etdi. Güman ki, onlar Peyğəmbərin (s) qonşusu, yaxud məsələn, bir səfərdə o həzrətlə yoldaş olmuşdular. Əziz Peyğəmbər (s) əlindəki qidanı ona təklif edib buyurdu ki, ye. Qadın dedi ki, mən orucam. Rəvayətə əsasən, Peyğəmbər (s) buyurdu ki, xidmətçinə söyüş verdiyin halda sən necə oruc ola bilərsən?! Oruc tutmaq yalnız yemək-içməkdən çəkinmək deyil.1 Allah istəyir ki, oruc tutan insan günahlara və çirkablara sarı getməsin. Bu günahların bir qismi dil günahları, digərləri ilə pis danışmaq, onları aşağılamaqdır. Bu günahların bir qismi qəlb günahları, digərlərinə ədavət və kin bəsləməkdir. Bəzi günahlar şəriət mənasında günahlardır, bəziləri əxlaq günahlarıdır; müxtəlif dərəcələri var. Deməli, oruc tutmağın ikinci mərhələsi budur ki, insan özünü günahlardan saxlasın. Xüsusən siz əziz gənclər bu fürsətdən istifadə edin. Siz gəncsiniz. Gəncin həm gücü və bacarığı var, həm də qəlbinin təmizliyi və paklığı onun üçün bir fürsətdir. Ramazan ayı boyu bu fürsətdən yararlanın və oruc tutmağın ikinci mərhələsi olan günahlardan çəkinməyi məşq edin.



Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin