İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


Quranın qiyamət ayələrinə diqqət yetirmək



Yüklə 391,59 Kb.
səhifə140/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   136   137   138   139   140   141   142   143   ...   226
Quranın qiyamət ayələrinə diqqət yetirmək

Qiyamətə aid ayələr çox təsirlidir. Mən təklif edirəm ki, hər birimiz təklikdə qiyamət ayələrinə nəzər salaq. Bizim buna ehtiyacımız var. Quranda qiyamət haqda yüzlərlə ayə var. Qiyamətə dair həm müjdələr var, həm təhdidlər. Onların hər ikisi təsirlidir. Quranın müjdələri də təsirli, gözəl və rəğbət doğurandır, təhdidləri də təsirlidir və insanın qəlbini yumşaldır: "Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar öz oğullarını, həyat yoldaşını, qardaşını, ona sığınacaq verən tayfasını (qohum-əqrəbasını) və Yer üzündə olanların hamısını fəda etmək istərdi – təki özünü (əzabdan) qurtarsın!"2. Günahkar şəxs ilahi əzabın şiddətindən öz övladını fəda edib qurtulmağı arzulayır. Öz əzizlərini və Yer üzünün bütün insanlarını qurban verib əzabdan xilas olmaq istəyir, amma bacarmır. Bu, ilahi əzabdır, zarafat deyil: "Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (cəhənnəm) alovlu atəşdir. (Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır. Çağırır (itaətdən) çıxanı, (imandan) üz döndərəni və (mal-dövlət) yığıb saxlayanı!"3



Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin