Övladlara diqqətin və qayğının zəruriliyi
Burada əlavə etmək istədiyim başqa bir məqam övlad məsələsidir. Övladlarınızın qayğısına qalın: "Ey iman gətirənlər! Özünüzü və ailələrinizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun"2. Bizim övladlarımızı özbaşına buraxmağa haqqımız yoxdur. Onların imanlarını qorumağa çalışın. Elə etməyin ki, gənc övladınızın - tələbə olan, ticarətlə, yaxud başqa bir işlə məşğul olan qız və oğlunuzun imanı zəifləsin. Bəzən insan özünün nəzarətdən xaric dili, əli və yanlış əməlləri ilə öz övladını dindən, dini əsaslardan, etiqad və prinsiplərdən uzaqlaşdırır və onu imansız edir. Bizdə belələri olmuşdur. Bu hər iki yöndən baş verə bilər. Bəzən əbəs tələbkarlıqlarla, - mən əbəs tələbkarlıqları əsla tövsiyə etmirəm - sərt və acı rəftarla uşaqları küsdürürlər. Bəziləri də o biri yöndən - laqeydliklə, biganəliklə, uşaqların ixtiyarına saysız-hesabsız imkanlar buraxmaqla və hər bir səhvlərinə göz yummaqla onları öz əlləri ilə məhv edirlər. Nəticədə uşaq pozulur və zay olur. Uşaqlarla məntiqlə, düzgün və mehriban şəkildə rəftar etmək lazımdır. Övladınızı və həyat yoldaşınızı qoruyun. Bu sizin borcunuzdur. Bu artan təsirə malikdir. Yəni Allah eləməmiş, bir ailədə övladda, yaxud ailənin bir üzvündə mənfi cəhət peyda olduqda, diş üzərindəki qara ləkə kimi həmin nöqtədə dişin minasını tələf etdikdən sonra tədricən öz ətrafına, ata-anasının zehninə də təsir göstərir və beləcə qarşılıqlı təsirlər doğurur. Nəticədə həqiqəti və mənəviyyatı əldən verir.
Bu şərafətli ayə mənim üçün həmişə maraqlı olmuşdur: "İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik"3. Övladlarının imanını qoruya bilən şəxslərə - övladların əməli çox da dəyərli olmasa da, - uca mənəvi dərəcələrdə övladlarını da qoşarıq. Hədisdə deyilir ki, gözlərinin işıqlanmasından ötrü.4 Mömin olan sizlər öz uşağınızı mömin yetişdirmək istəsəniz, Allah-Taala qiyamətdə, cənnətdə və sizi gözləyən çətin yerlərdə bu uşağın çatışmazlıqlarını düzəldər, gözünüzün və qəlbinizin işıqlanmasından ötrü onu sizə qovuşdurar. Allah bir mömin üçün böyük dəyər tanıyır.
Bizim əsas sözümüz bu dediklərimiz idi. Mən və siz öz yolumuzu düzgün getmək və bu ölkənin bizdən faydalanmasını istəyiriksə, öz qəlbimiz, qiyamətimiz, sabahımız və ilahi hesabımız barədə fikirləşməli və bu işdə özümüzə güzəştə getməməliyik.
Quruluşun məsul şəxsləri ilə görüşdə çıxışından: 2004.
Dostları ilə paylaş: |