3. Tövbə və günahdan çəkinmək
Duanın şərtlərindən başqa birisi günahdan çəkinmək və tövbə etməkdir. Bu gecələr də tövbə gecələridir. Hamımız günaha düçar olmuşuq. Nöqsanların kiçiyi və böyüyü olur. Allah-Taaladan üzr, əfv və bağışlanma istəməli, tövbə etməli və Allaha sarı qayıtmalıyıq. Biz günah etməməyə çalışmalıyıq. Bəzən insan qərara gəlir ki, günah etməsin, lakin sonra unutqanlığa və səhvə düçar olur, yenə həmin günah baş verir. Yenidən tövbə etmək və bağışlanmaq istəmək lazımdır. Lakin tövbə ciddi və həqiqi olmalıdır. Bir hədisdə dua və onun qəbul olunması barədə deyilir ki, insan xalqın haqqını verməlidir ki, duası qəbul olunsun.3 Başqa bir hədisdə göstərilir ki, Allah-Taala həzrət HHMusaya müraciətlə buyurdu: “Ey Musa! Məni pak qəlblə və doğruçu dillə çağır!”1 Pak qəlblə və doğruçu dillə Allah-Taala ilə danışın və dua edin. Dua mütləq qəbul olunacaq.
Dostları ilə paylaş: |