İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr



Yüklə 391,59 Kb.
səhifə68/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   64   65   66   67   68   69   70   71   ...   226
Dua – ilahi xəzinələrin açarı

Əmirəlmöminindən (ə) bir kəlam nəql olunmuşdur. Rəvayətə əsasən, o buyurur: "Allah-Taala Ondan istəmək icazəsi verməklə Özünün bütün xəzinələrinin açarını sənə tapşırmışdır". Deməli, Allah-Taalanın Ondan hər bir şeyi istəməyə dair verdiyi icazə bütün ilahi xəzinələrin açarıdır. Əgər insan bu açarı düzgün işlətsə - Allahdan istəsə, şübhəsiz, onu insanın ixtiyarında qoyar və onun vasitəsilə istədiyi zaman Allah xəzinələrinin qapılarını açar.4 Bu, çox mühüm məsələdir. Nə üçün insan özünü bu mühüm vasitədən məhrum etsin?!

Burada bir neçə sual ortaya çıxır: Biri budur ki, əgər duanın belə möcüzəli rolu varsa, bəs dünyəvi vasitələr, texnikalar, elm, sənaye və digər bu kimi amillər nə üçündür? Cavab budur ki, dua maddi vasitələrin rəqibi deyil. Belə deyil ki, insan səfərə çıxmaq istəyirsə, maşınla, qatarla, ya təyyarə ilə getməlidir, ya da dua ilə. Həmçinin belə deyil ki, insan bir şey istəyəndə ya pul verib onu almalıdır, ya da pulu yoxdursa, dua etməklə əldə etməlidir. Duanın mənası budur ki, siz Allahdan bu vasitələri yaratmasını istəyin; maddi səbəblərin hər biri isə öz yerində durur. Qəbul olunan dua belədir.

Bir hacətinizin təmin olunmasını istəyib, dua etdiyinizdə Allah-Taala o duanı qəbul etsə, deməli, bu istəyin maddi və adi vasitələrini hazırlayacaq; yəni necə deyərlər, Allah "düzüb-qoşacaq". Misal üçün, bir şəxs sizə borcludur və borcunuzu qaytarmır. Lakin birdən ürəyinə düşür və gəlib borcunuzu qaytarır. Bu, bir vasitədir. Nə üçün dua insan üçün bu vasitəni hazırlaya bilməz?!

Dünyanın bütün vasitələri belədir. Buna əsasən, dua kiminsə tənbəllik etməsinə səbəb olmamalıdır. Dua kiminsə elmdən, bilikdən, maddi vasitələrdən, təbii səbəb və nəticədən əl üzməsinə bais olmamalıdır. Xeyr, dua onların rəqibi deyil, onlarla vertikal əlaqədə və onları təmin edəndir.

Sözsüz ki, əksərən belədir. Bəzən Allah-Taala möcüzə də göstərir; bu başqa məsələdir. Möcüzə müstəsna hallarda baş verir. Ümumilikdə isə dua təbii prosesi təmin edir. Siz Allahdan ehtiyacınız olan bir işin baş verməsini istəyəndə duanın kənarında özünüz də çalışmalısınız. Misal üçün, siz tənbəlliyə tutulmuş və Allah-Taalanın onu sizdən uzaqlaşdırması üçün dua edirsinizsə, duanın yanında gərək iradə və əzmkarlıq da göstərəsiniz. Yəni burada da başqa bir təbii və maddi vasitə var və o, iradə göstərməkdir. Gərək iradə və əzmkarlıq göstərəsiniz. Heç kəs düşünməsin ki, evdə oturub heç bir iş görməsək, hətta iradə də etməsək və yalnız dua ilə məşğul olsaq, Allah bizim istəklərimizi təmin edəcək. Xeyr! Belə bir şey imkansızdır. Deməli, dua çalışmağın yanında və çalışmaqla birgə olmalıdır. Bəzən çalışmaq nəticə vermir, amma dua edən kimi nəticə hasil olur. Bu bir məsələ.



Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin