İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


Qədr gecəsi - bağışlanma və üzr istəmək fürsəti



Yüklə 391,59 Kb.
səhifə96/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   92   93   94   95   96   97   98   99   ...   226
Qədr gecəsi - bağışlanma və üzr istəmək fürsəti

Qədr gecəsi bağışlanma və üzr istəmək üçün bir fürsətdir. Allah-Taaladan üzr istəyin. Allah-Taala mənə və sizə Ona sarı qayıtmaq, əfv diləmək və üzr istəmək şansı vermişsə, bundan istifadə edək. Əks təqdirdə, Allah-Taalanın "Üzr istəmələri üçün onlara izin verilməz"4 deyə buyurduğu bir gün gəlib çatar. Allah eləməmiş, qiyamətdə bizə üzr istəmək icazəsi verilməyəcək. Günahkarlara icazə verilməyəcək ki, ağızlarını açıb üzr istəsinlər. Ora üzr istəmək yeri deyil, burada isə imkan var, icazə var. Burada üzr istəmək sizi bir pillə yüksəldir, günahlarınızı yuyur, sizi təmizləyir, nurlu edir. Odur ki, Allah-Taaladan üzr istəyin, burada imkan varkən Allahın diqqətini özünüzə yönəldin, Allahın lütf və məhəbbətini özünüzə şamil edin. "Məni yada salın ki, Mən də sizi yada salım"1.

Qəlbinizi Allah-Taalaya yönəltdiyiniz və Allahı xatırladığınız anda Allah-Taalanın lütf, mərhəmət və şəfqət gözü sizə baxır, əfv və bəxşiş əli sizə sarı uzanır. Özünüzü Allahın yadına salın, əks təqdirdə elə bir gün gələcək ki, günahkarlara ünvanlanan ilahi müraciətdə deyiləcək: "Biz sizi unutduq"2. Gedin, biz sizi unutduq. Qiyamət səhnəsi belədir.


Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin