İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


Ramazanın il ərzində və qədr gecəsinin ramazan ayında ən yaxşı fürsət olması



Yüklə 391,59 Kb.
səhifə97/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   93   94   95   96   97   98   99   100   ...   226
Ramazanın il ərzində və qədr gecəsinin ramazan ayında ən yaxşı fürsət olması

Bu gün Allah-Taala sizə yalvarmaq və ağlamaq icazəsi vermişdirsə, əlinizi Ona sarı uzadın, məhəbbət bildirin, sevgi dolu göz yaşlarınızı səmimi qəlblərinizdən gözlərinizə axıdın, bu fürsəti fövtə verməyin. Əks təqdirdə, elə bir gün gələcək ki, Allah-Taala günahlaklara buyuracaq: "Yalvarıb-yaxarmayın, bu gün Bizdən sizə heç bir kömək yetişməz"3. Gedin, ağlayıb-yalvarmanızın faydası yoxdur. Allaha sarı qayıtmaq üçün bizə həyat fürsəti verilmişdir. İlin bəzi günləri ən yaxşı fürsətlərdir. Mübarək ramazan ayı və bu mübarək ayda olan qədr gecəsi də onlardandır.

Qədr gecəsi bu üç gecədədir. Mərhum Mühəddis Quminin nəql etdiyi bir rəvayətə görə, soruşdular ki, bu üç gecənin, yaxud 21 və 23-cü gecələrin hansı qədr gecəsidir. Cavabda deyildi ki, insanın iki, yaxud üç gecəni qədr gecəsi bilməsi çox asan işdir. Bu üç gecə arasında şəkkə düşməyin əhəmiyyəti yoxdur. Məgər üç gecə nədir ki? Elə şəxslər olub ki, bütün ramazan ayını əvvəldən axıra qədər qədr gecəsi sayıb, həmin gecənin əməllərini etmişlər. Bunun qədrini bilin.

Öz Allahı ilə əlaqəsini belə düzəldib Allahın evinə gedən, Allahdan səmimi şəkildə istəyən və sədaqətlə Ona sığınan bir xalq heç zaman bədbəxt və başıaşağı olmaz, fəsada, xarlığa düçar olmaz, düşmənin əsirinə çevrilməz və daxili ixtilaflara getməz. Xalqların başına gələn bu fəlakətlər öz səhlənkarlıqlarına, qafilliklərinə, günahlarına və fəsadlarına görədir. Allahın qapısına gedən şəxs özünü günahdan çəkinməyə və məsumluğa bir addım yaxınlaşdırır.

Allaha sığınaq, Allahdan istəyək, Allah üçün işləyək, addım ataq və qəlbləri Allaha tapşıraq. Allahı xatırlamaqla mənəvi paklığını günbəgün artıraq. Ürəklər təmiz olanda, dünyaya çəng atmayanda, dünyanın və maddiyyatın əsiri olmayanda cəmiyyət həqiqətən nurlu, səmimi və pak cəmiyyət olur. Belə insanlar yaxşı çalışırlar, yaxşı işləyirlər, öz dünyalarını da yaxşı qururlar. Şəxsi dünyaya vurğun olmamağın mənası dünyanı abadlaşdırmamaq deyil. Dünyanı abadlaşdırmaq Allah üçün görülən və axirətə aid olan işlərdəndir. Maddi həyatın abadlaşmasına səbəb olan hər bir iş Allahın bizdən istədiyi iş və bir axirət əməlidir. O da Allahı xatırlamaqla baş versə, daha yaxşı, daha asan, daha ürəkaçan və daha kamil şəkildə görüləcək.

Bu günlərin qədrini bilin. Qədr gecələrinin həqiqətən qədrini bilin. Quran açıq şəkildə buyurur ki, bu gecə min aydan yaxşıdır.1 Bu çox dəyərli məsələdir. Bu gecə mələklərin nazil olduğu, Ruhun nazil olduğu, Allah-Taalanın salamatlığa bürüdüyü bir gecədir. "Salam"ın mənası insanlara ilahi salam, həm də sağlamlıq, sülh, əmin-amanlıq, insanlar və cəmiyyətlər arasında səmimiyyətdir. Mənəvi baxımdan belə bir gecədir. Qədr gecələrinin qədrini bilin. Ölkə məsələləri, öz işləriniz, müsəlmanların və İslam ölkələrinin problemləri üçün dua edin.

İslam ölkələrinin nə qədər problemləri var. Bu problemlərin həllini Allahdan istəyin. Bütün insanlar üçün dua edin; insanların hidayəti, özünüz, həyatınız, məmurlarınız, ölkəniz, ölənləriniz və Allah-Taaladan istədiyiniz hər bir şey üçün dua edin. Bu saatların və dəqiqələrin qədrini bilin. Mən siz əziz qardaş və bacılarımın hamısından istəyirəm ki, bu mübarək qədr gecələrində dua edərkən bizi unutmayın.

Tehranın cümə namazı xütbələrindən: 1998.




Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin