Üçüncü mərhələ: Allahı unutduran amillərdən çəkinmək
Oruc tutmağın üçüncü mərhələsi insanın zehnin və ruhunu Allahdan qafil edən hər bir şeydən çəkinməkdir. Bu, oruc tutmağın ən yüksək mərhələsidir. Rəvayətə əsasən, Peyğəmbər (s) Həzrət Haqqa belə deyir: "Ey Rəbbim! Orucun səmərəsi nədir?". Müqəddəs Rəbb cavab verir: "Oruc hikmətə, hikmət biliyə, bilik yəqinə səbəb olur. Bəndə yəqinə çatdıqda isə necə yaşaması - çətinlikdə, yaxud rahatlıqda olması ilə öyünmür".2 Yəni oruc insanın qəlbində hikmət yaradır. Ürəyə hikmət hakim olduqda işıqlı və aydın bilik yaranır və bundan sonra yəqin hasil olur. Həzrət İbrahimin (ə) də Allah-Taaladan istədiyi bu yəqin ramazan ayının dualarında çox təkrarlanmışdır. Bir insan yəqinə çatdıqda həyatın bütün çətinlikləri ona asanlaşır, problemlərə məğlub olmur. Görün nə qədər əhəmiyyətlidir! Öz ömrü boyu kamillik yolu ilə irəliləmək istəyən bu insan həyatın problemləri, hadisələri və yolun maneələri qarşısında sarsılmır. İnsana bu qüdrəti bəxş edən yəqin oruc tutmaqla hasil olur. Oruc ürəkdə Allahın xatirəsini canlandırdıqda, Allahı tanımaq işığını yandırıb ürəyi aydınlaşdırdıqda ardınca bunlar gəlir. İnsana Allahı unutduran hər bir şey orucun bu mərhələsi üçün zərərlidir. Xoş o insanların halına ki, özlərini bu mərhələyə çatdıra bilirlər. Biz də arzu etməli, Allahdan istəməli və bu mərhələyə yüksəlməyə çalışmalıyıq.
Tehranın cümə namazı xütbələrindən: 1999.
Dostları ilə paylaş: |