Günah - ilahi əzabın dünyəvi surəti
Günah ilahi əzabın dünyəvi surətidir. Şərafətli ayədə buyurulan "Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək"5 sözünün mənası budur. Yəni siz yetimin malını yeyəndə məsələnin zahiri cəhəti bir malı yemək və bir haramı öz kisəsinə tökməkdir, amma mənəvi cəhəti öz daxilində alov yaratmaqdır. Bu, sözügedən cəhənnəm alovudur. İnsan burada haramın ləzzətini sınayır. Bu ləzzət məsələnin zahiri surətidir, əsl həqiqət isə həqiqi dünyada aşkar olunacaq - xəyal pərdələrinin insanın gözü önündən çəkildiyi və həqiqətlərin aşkara çıxdığı yerdə; "Orada hər kəs əvvəlcə gördüyü iş barədə xəbər verəcək"1. Həmin gün bu dünya ləzzəti bir cəhənnəm əzabından və işgəncəsindən ibarət olacaq. Həmin gün həqiqətlər aşkara çıxacaq. İnsanın gördüyü işlərin həqiqətləri, məğzi və əsl surəti orada aşkarlanacaq. Bizim ruhumuz və həqiqi varlığımız da orada özünü göstərəcək. Burada yusifləri parçalayıb məzlum insanları ayaq altda tapdayan yırtıcının həqiqi surəti canavardır, insan deyil. Bu surət orada görünəcək və aşkara çıxacaq. Biz qiyaməti unutmamalıyıq. Qiyamət əzəmətli bir hadisədir. Biz həmişə qiyaməti yadda saxlamalı və ondan qorxmalıyıq.
Dostları ilə paylaş: |