İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


Sirat körpüsü - bəndəlik və təqva körpüsü



Yüklə 391,59 Kb.
səhifə141/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   137   138   139   140   141   142   143   144   ...   226
Sirat körpüsü - bəndəlik və təqva körpüsü

İmam Səccad (ə) çox gözəl və mənəvi dua olan Əbu Həmzə duasında qiyamətdən qorxunu izah edir: "Çılpaq, zəlil və çiynimdə ağır əməl yükünü daşıyan halda qəbrimdən çıxmağıma ağlayıram. Əvvəl sağ tərəfimə və sonra sol tərəfimə baxır, məxluqların məndən fərqli halda olduqlarını görürəm.4 "O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! O gün bir çox üzlər parlayacaq, güləcək, sevinəcəkdir"5. Bir qrupun üzü gülür, razıdırlar, sevinirlər, üzüağdırlar. Bunlar kimlərdir? Həqiqəti orada, misalı isə bu dünyada olan Sirat körpüsündən keçə bilmiş şəxslərdir. Bu Sirat körpüsü bəndəlik və təqva körpüsüdür: "Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!"6 Bu dünyanın siratı (yolu) cəhənnəm üzərindəki yol və Siratdır. Peyğəmbərə (s) buyurur ki, sən həqiqətən doğru yoldasan.7 Yaxud buyurur ki, yalnız mənə ibadət edin. Bu, düzgün yoldur.1 Bu, cəhənnəm üzərindəki Siratdır. Əgər buradakı siratdan (yoldan) düzgün, diqqətlə və sürüşmədən keçə bilsək, o biri Siratdan keçmək də çox asan olacaq; möminlərin ildırım sürəti ilə keçdiyi kimi: "(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl nemət (cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar. Onlar (cəhənnəmin) uğultusunu eşitməyəcəklər"2. Bunlar heç cəhənnəmin uğultusunu da eşitməyəcəklər: "Onlar (cənnətdə) ürəklərinin istədiyi (nemətlər) içində əbədi qalacaqlar. Ən böyük qorxu onları məhzun etməyəcəkdir"3. Ən böyük vahimə bir insan üçün mümkün olan ən güclü qorxudur. Belə fiziki və mənəvi cəhətlərə malik olan möminləri oradakı böyük vahimə qəmləndirmir. Bunlar bu siratdan keçmişlər. Əziz qardaş və bacılar! Bu sirat bizim üçün çox həssas məsələdir. Biz məsuliyyət daşıyırıq. Biz küçə və bazardakı adi adamlarla fərqlənirik. İstər parlament deputatı, istər hökumətin üzvü, istər hansısa hərbi sahənin komandanı, istər məhkəmə orqanlarında çalışan bir məmur kimi bizim işimiz ağırdır. Biz əgər yldan çıxıb səhv etsək və işimizdə qüsur yaransa, zərəri yalnız özümüzə yox, hamıya toxunacaq. Biz əgər zəif işləsək, səhlənkarlıq etsək, ölkə ziyan görəcək. Biz əgər Allah eləməmiş, qərarlarda nəfsimizə itaət göstərsək, dostbazlıq və cinahbazlıq etsək, həqiqi dəyərləri nəzərə almasaq, ölkə ziyan görəcək. Bizim işimiz çətindir. Biz cəhənnəmdən və çətin Siratdan keçmək barədə digərlərindən çox fikirləşməliyik. Bu bir neçə illik vəzifə həmişəlik deyil. Millət vəkilisiniz, hökumətin üzvüsünüz, nazirsiniz, müdirsiniz - bu üç il, dörd il, beş il, on il ötüb keçəcək. Əgər bu bir neçə ildə özünüzü sıxıb pul qazanmaq, qanunsuz gəlirlər əldə etmək, dövlət imkanlarından istifadə etmək və beytülmalı mənimsəmək fikrinə düşməsəniz - bu ki, çox çətin deyil - o zaman "(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl nemət (cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar";4 "Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!” – deyəcəklər".5 İlahi mələklər təqvalı və mömin şəxslərin yanına gəlib deyəcəklər ki, bu gün sizin gününüzdür. Bu gün peyğəmbərlərin tarix boyu möminlərə söz və müjdə verdiyi gündür. Ləzzət alın, "cənnətə daxil olun".1 Biz digərlərindən çox ehtiyatlı olmalı və cəhənnəmdən qorxmalıyıq. Cəhənnəm odu daha yüksək vəzifəsi olanları daha çox təhdid edir, nəinki çox məhdud və kiçik vəzifəsi olan adi insanları. Bizim vəziyyətimiz daha ağırdır.

Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin