Duanın digər faydası istəklərin verilməsidir. Duanın faydalarından biri budur ki, insan istəklərini Allah-Taaladan istəyir və Allah onları təmin edir. Əlbəttə, duanın bütün xüsusiyyəti bu deyil. Bu, duanın digər xüsusiyyətlərinin yanında bir xüsusiyyətdir. Buyurdu: “Allaha Onun lütfündən istəyin”2 Allah-Taaladan istəyin və öz ehtiyaclarınızı Ondan umun. Əbu Həmzə Sumali duasında İmam Səccadın (ə) dilindən belə deyilir: “Sənin xüsusiyyətlərində belə bir şey yoxdur ki, istəməyə əmr edib, əta etməkdən çəkinəsən”3 Sənin Öz bəndələrinə istəməyi əmr etmən, lakin onların istəyini yerinə yetirməyi planlaşdırmaman imkansızdır. Allah-Taala mənə və sizə Ondan istəməyimizi əmr edirsə, deməli, istəyimizi bizə verməkdə qərarlırıdır. Buna görə hədisdə deyilir ki, Allah-Taala dua qapısını açıb qəbul etmək qapısını bağlamaqdan daha səxavətlidir.