Bağışlanma diləməyin fərdi və ictimai dərəcələri
Başqa bir hədisdə deyilir ki, ən yaxşı dua bağışlanma diləməkdir.1 Şəban münacatında da belə deyilir: "İlahi! Güman etmirəm ki, ömrümü Səndən istəməklə keçirdiyim istəyimi rədd edəsən".2 Bu istək nədir? Bütün ömrünü istəməklə keçirdiyini dediyi bu istək ilahi əfvdən ibadətdir.
İlahi əfv səhvləri düzəltmək, özümüzə və digərlərinə vurduğumuz zərbələri düzəltmək deməkdir. Əgər bəşər səhv və fəsadları ciddi şəkildə düzəltmək fikrinə düşsə, Allahın yolu açılar və bəşərin aqibəti yaxşı olar. Biz insanların eybi budur ki, öz səhvimizi, onu düzəltməyin zəruriliyini və özümüzü islah etməyi unuduruq. Əgər bu diqqətsizliklər aradan qalxsa və bu iradə yaransa, hər şey düzələr. Bizim ən böyük vəzifələrimizdən olan birinci mərhələdə özümüz islah oluruq. Əsas məsələ də budur. Yəni bütün işlər bizim islahımıza və Allahın razılığını qazanmağımıza müqəddimədir: "Özünüzü qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər"3. Bütün səy və mübarizələr Allahı özümüzdən razı salmaqdan və yaranışda bizim üçün nəzərdə tutulmuş kamilliyə çatmaqdan ötrüdür.
Digər mərhələ ictimai əfv diləyi və ictimai islahdır. Biz bacardığımız dairədə ümumi yolu, məqsədi və fünksiyanı islah etməliyik. Bu, bağışlanma diləyinin təsirinə ən bariz nümunə və onun həqiqi məfhumu və məzmunudur. Bu işi çətin hesab etmək olmaz. Əgər iradə etsək, asandır və biz bacararıq. Bu gecələrdə şərafətli Əbu Həmzə duasında belə oxudunuz: "Sənə sarı gələnin yolu yaxındır".4 Əsas məsələ iradə və hərəkət etmək, çalışmaqdır. Sonra deyilir ki, biz öz əlimizlə və səhvlərimizlə özümüzlə Allah arasında məsafə yaradırıq. Allah-Taala bizə uzaq deyil, yol yaxındır. Əgər bir səadət nəsib olsa, bu, ilahi rəhmət əlamətidir. Əgər ürəkdən bağışlanma diləyib iradə və hərəkət edə bilsəniz, bilin ki, ilahi yardım və ilahi diqqət sizə şamil olmuşdur; sizi cəzb edib çəkirlər. Allah çoxlu yerlərdə tövbəni Özünə aid edir: "İnsanların tövbə etməsi üçün Allah tövbə etdi"5. Tövbə nədir? Yəni diqqət və qayıdış. Allah sizə diqqət yetirdi və bu sizin qəlbinizin Allah-Taalaya yönəlməsinə bais oldu.
Sözügedən Əbu Həmzə Sumali duasında deyirik ki, Sənin məni Özünə yönəltmən, mənim üçün dəlilin yaranması, Sənin məni yönəltmənə şahiddir. Sən məni çəkir və cəzb edirsən. Əgər ramazan ayında bizim gənclərimizin əllərinin məscidlərdə səmaya ucaldığını və "bağışla" sədalarının bütün cəmiyyəti bürüdüyünü görürsünüzsə, bilin ki, Allah bu xalqa lütf etmişdir. Bu, ilahi cazibədir, Allah-Taalanın yaratdığı cəzbetmədir. Allah Öz rəhmətini göndərmək istəyir: "İlahi! Mən Səndən rəhmət amillərini istəyirəm".1 Bu, həmin rəhmət amillərini yaradır. Allah-Taala Öz lütf və mərhəmətini xalqa şamil etmək istəyir.
Dostları ilə paylaş: |