İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr



Yüklə 391,59 Kb.
səhifə187/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   183   184   185   186   187   188   189   190   ...   226
Allahı yad etməyin mərhələləri

Allah zikrinin mərhələləri var. Biz insanlar hamımız bir həddə və bir mərhələdə deyilik. Bizim dərəcələrimiz müxtəlifdir. Bəziləri ruhi baxımdan yüksək dərəcədədirlər; misal üçün, övliyalar, peyğəmbərlər, saleh insanlar, mənəviyyat və irfan adamları. Bəziləri də o səviyyələrə malik olmayan mənim kimi və bizim kimilərdir. O səviyyələrdə nələrin olduğundan bizim bəzilərimizin xəbərimiz də yoxdur. Bizim hamımız üçün zikr var - həm onlar üçün var, həm bizim üçün. Zikr onlar üçün Əmirəlmömininin (ə) hədisində göstəriləndir: “Zikr məşuqla həmsöhbət olmaqdır”.1 Bu, övliyalar üçündür. Onlar üçün zikrin ləzzəti həmsöhbət olmağın ləzzəti kimidir. Əmirəlmöminin (ə) başqa bir hədisdə buyurur: “Zikr sevənlərin ləzzətidir”.2 Zikr aşiq və sevənlər üçün ləzzətlidir.

Əgər günün bəzi hallarında, xüsusən də bu gündüz və gecələrdə sizin həyatınızda belə bir nur və qığılcım parlasa, xoş sizin halınıza. Bəzən bunun baş verməsi mümkündür. Əlbəttə, onlarınkı daimidir: "Daim namaz halında olanların xoş halına!" Bu onlara məxsusdur. Lakin aşağı səviyyələrdə olanlar üçün də bəzən qığılcım yarana bilər. Bunların qədrini bilmək lazımdır. Bu, zikrin sevənlərə və qəlb adamlarına məxsus mərhələsidir. Lakin o mərhələdə olmayan bizim üçün də zikrin böyük faydaları vardır. İndi mən burada qeyd etdiklərimi deyirəm: "Materialist duyğuları və azdırıcı həvəsləri dəf etmək".

Zikr bu həvəslərin hücumu qarşısında bizi və qəlbimizi qoruyan bir müdafiəçi kimidir. Ürək çox zəifdir. Bizim ürəyimizin və ruhumuzun zərərə uğraması çox mümkündür. Bəzi məsələlər qarşısında təsirlənirik, ürək müxtəlif cazibələrə yönəlir. Allahın yeri və insan vücudunda ən uca məqama malik olan ürəyin - yəni insan varlığının həqiqətinin sağlam və təmiz qalmasının istəyiriksə, müdafiə lazımdır. Bu müdafiə zikrdir. Zikr ürəyin, müxtəlif həvəslərin amansız hücumlarına məruz qalmasının qarşısını alır. Zikr ürəyi azdırıcı fəsad və cazibələrə qərq olmaqdan saxlayır. Mən bu barədə çox mənalı bir hədis gördüm. Buyurur: “Qafillər arasında zikr edən, qaçanlar arasında vuruşan kimidir”1 Döyüş meydanında müdafiə edən, müqavimət göstərən, düşmənin hücumunun qarşısını almaq üçün bütün imkanlarından istifadə edən bir döyüşçünü görürsünüz. Lakin başqa bir əsgərin qaçması, dözümünü əldən verməsi və düşmən qarşısından qaçması da mümkündür. Buyurur ki, qafillər arasında zikr edən, qaçanlar arasında müqavimət göstərən əsgər kimidir. Baxın, bu bənzətmə həmin cəhətə görədir. Çünki o, əcnəbi hücumçu qarşısında müdafiə edir və müqavimət göstərir. Sizin zikriniz də müqavimət göstərir? sərhədi müdafiə edir, ürək sərhədinizi qoruyur. Məhz buna görə Quranın cihad ayələrindən olan bir şərafətli ayəsində belə buyurulur: "Bir (kafir) dəstə ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız"2. Cihad zamanı düşmənin hücumu qarşısında qaldıqda müqavimət göstərin və Allahı çox yad edin. Allahı yad etmək orada da işə yarayır və bu sizin uğur və qurtuluşunuz üçün vasitədir. Nə üçün? Çünki bu zikr ürəyi möhkəmlədir. Ürək möhkəmlənəndə addım da möhkəmlənir. Döyüşdə belədir. Döyüş zamanı zəifləyəndə ayaqlarımızdan öncə qəlbimiz qaçmağa başlayır. Bizim ayaqlarımızı qaçmağa vadar edən qəlbimizdir. Əgər qəlbimiz möhkəm dayansa, ayaqlarımız da dayanar.

Bütün döyüşlərdə - həm hərbi döyüşdə, həm siyasi döyüşdə, həm iqtisadi döyüşdə, həm informasiya döyüşündə Allahı yada salın. Bu, sizin uğur qazanmanıza səbəb olacaq. Allahın zikri möhkəmliyin təminatçısıdır.

Allahı yada salmaq bizim doğru yolla irəliləyə bilməyimizə bais olur. Biz mömin kimi, müsəlman kimi, mütərəqqi bir məktəbin ardıcılı kimi, gələcəkdə İslam sivilizasiyasının çiçəklənəcəyindən xəbər verən bu bünövrəni qurmaqda maraqlı şəxslər kimi özümüz üçün məqsəd təsvir etmişik və həmin məqsədə sarı hərəkət etməyimiz üçün Allahı yada salmağa ehtiyacımız var.

Bizim Allahı yada salmağa digərlərindən çox ehtiyacımız var. Mənim bu məclisi qənimət saymağımın səbəbi budur ki, sizin adi insanlarla böyük fərqiniz var. Siz bu quruluşun bir sahəsini idarə edirsiniz və onu qorumaqda təsiriniz böyükdür. Əgər siz bu sahəni yaxşı saxlasanız, yaxud zəif saxlasanız və yaxud bütünlüklə əldən versəniz, vəziyyət çox fərqlənəcək. Deməli, sizin Allahı yada salmağa digərlərindən çox ehtiyacınız var. Allahın xatirəsi bizim qəlbimizə hakim olsa, şübhəsiz ki, rəftarımıza da təsir edəcək, üzərimizə düşən vəzifələri yerinə yetirməyə, bizim acı sonuclara və ilahi qəzəbə səbəb olan haram və günah işlərdən çəkinməmizə də təsir edəcək və bunlardan uzaqlaşmağımıza yardımçı olacaq.


Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin