İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


Məsumlardan nəql olunan dualarda ramazan ayının xüsusiyyətləri



Yüklə 391,59 Kb.
səhifə213/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   209   210   211   212   213   214   215   216   ...   226
Məsumlardan nəql olunan dualarda ramazan ayının xüsusiyyətləri

İstər Səhifeyi-Səccadiyyə kitabında, istərsə də məsumlardan nəql olunan digər dualarda ramazan ayı üçün bəzi xüsusiyyətlər qeyd olunmuşdur. Bunların hər biri diqqətəlayiqdir: "Ramazan tövbə ayıdır" – mən tövbə haqda bir neçə cümlə deyəcəyəm. "Ramazan İslam - təslim olmaq ayıdır". Burada İslam sözündə məqsəd şərafətli ayədə deyiləndir: "Kim yaxşı əməl sahibi olub özünü (səmimi-qəlbdən) Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən (Qurandan, imandan) yapışmış olur"1. İslam qəlbi və canı təslim etmək, ilahi iradə, ilahi hökm və şəriət qarşısında tabe olmaqdır. Qeyd olunan xüsusiyyətlərdən biri onun pakedici ay olmasıdır. Yəni bu ayda insanı paklayan amillər mövcuddur. Bunu belə də tərcümə etmək olar: çirkablardan paklanma ayı. Başqa bir xüsusiyyət saflaşmaq ayı olmasıdır. Ucuz metallarla qarışmış qiymətli bir filizi, məsələn, qızılı əridib saflaşdırırlar. Bu da insanın pak mahiyyətini qatqılardan və çirkablardan ayırır. Bunlar ramazan ayı üçün deyilən xüsusiyyətlərdir.

Belə görünür ki, il ərzində, ilin ayları və günləri arasında ramazan ayı sutka ərzindəki namaz vaxtları kimidir. Müqəddəs İslam şəriətində bizə namaz vaxtları verilmişdir. Sübh, günorta, ikindi, günbatan və axşam vaxtları qəlbdə və ruhda mənəviyyat yaratmaqdan ötrü özünü xəlvətə çəkmək fürsəti və bir siqnaldır. Maddiyyata qərq olmamaq, bir anlığa onun əsarətindən çıxıb nəfəs dərmək, mənəviyyatı yada salmaq və daim maddiyyat içərisində qalmamaq üçün sutka ərzində bizə namaz saatları ayırmışlar. Belə görünür ki, bütün il üçün ramazan ayı da belə bir şeydir, ruhun nəfəs dərməsidir. Bu biraylıq uzun riyazətlə ruh onu əhatə edən maddi amillər qəfəsindən xilas olub qurtulur və nura boyanır. Müqəddəs şəriət ramazan ayını bunun üçün təyin etmişdir. Bu bir fürsətdir.

Hamısı mühüm olan bu xüsusiyyətlər arasında mənim daha çox diqqətimi çəkən onun tövbə ayı olmasıdır. Ramazan ayı tövbə ayıdır. Tövbə yanlış bir yoldan, yanlış bir işdən, yanlış bir düşüncədən qayıdış deməkdir, Allaha doğru qayıtmaqdır. Bu tövbə öz daxilində təbii bir mənanı ehtiva edir. Biz yanlış yoldan qayıtmaq istəyiriksə, ilk növbədə yanlış cəhəti, yanlış yolu tanımalıyıq. Bu çox mühüm məsələdir. Biz hərəkət zamanı çox vaxt öz işimizə, səhvimizə və təqsirimizə diqqət yetirmirik, işlərdə mövcud olan qüsurlarımızı görmürük. Burada söhbət həm şəxsi, həm də ictimai subyektlərdən gedir; öz xalqımız, partiyamız, cinahımız. İnsanın özünə aid olan nöqsanlar çox zaman gözündən yayınır. Odur ki, bizim nöqsanlarımızı başqaları bizə deməlidir. Əgər özümüz anlayıb düzəltsəydik, növbə başqalarına çatmaz, digərlərinin deməsinə ehtiyac qalmazdı. Tövbənin birinci addımı odur ki, nöqsanımıza diqqət yetirək, nəyin qüsurlu olduğunu anlayaq, səhvimizin harada, günah və təqsirimizin nədə olduğunu bilək və özümüzdən başlayıb daha geniş ictimai dairələrə çataq. Əvvəl özümüzü sorğuya çəkək, görək harada səhv etmişik. Bu, işlərində nöqsanın, günahın və səhvin çox olduğu bizim kimi adi insanlardan tutmuş böyük şəxsiyyətlərə, Allahın saleh bəndələrinə, hətta övliyalara qədər hamının vəzifəsidir. Onlar da belədirlər. Onların da bağışlanmaq istəməyə və tövbəyə ehtiyacları var. Həm şiə, həm sünni rəvayətçiləri əziz İslam Peyğəmbərindən (s) nəql etmişlər ki, buyurur: "Bəzən mənim qəlbim tutulur".1 Burada işlənən "yuğanu" sözü buludun günəşin önünü tutması üçün işlənir. Yəni nisbi bir qaranlıq haləti yaranır və işığın qarşısı tutulur. Buyurur ki, bəzən mənim qəlbim tutulur, dumanlanır və mən hər gün yetmiş dəfə Allahdan bağışlanmaq istəyirəm.2 Bu cümləni müqəddəs ruha malik olan müqəddəs Peyğəmbər (s) buyurur. Başqa bir hədisdə deyilir ki, Allahın rəsulu (s) hər gün yetmiş dəfə tövbə edirdi. Burada tövbə sözü işlənmişdir. İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, Peyğəmbər (s) günah etmədiyi halda hər gün yetmiş dəfə tövbə edirdi. Peyğəmbər (s) məsumdur, nəyə görə tövbə edir? Mərhum Feyz yazır ki, Peyğəmbər (s) və canişinlərinin günahları bizim günahlarımız kimi deyil, onlar daimi zikri tərk edib halal işlərlə məşğul olduqlarına görə tövbə edirlər. Peyğəmbər (s) və ya canişini üçün küçədə, bazarda, adi həyatda bir anlıq unutqanlıq baş verə bilər. Bizim həyatımızın əksəriyyətini təşkil edən bu hal onlar üçün bir anlıq yarana bilər, halal bir işə başı qarışa bilər. Peyğəmbər (s) bunun üçün bağışlanmaq istəyir. Deməli, bu yalnız bizə məxsus deyil, hamı üçündür.

Tövbə yüksək vəzifəli şəxslərə daha çox lazımdır. Yəni ölkənin hansısa bir sahəsində vəzifəsi, təsiri, yaxud xüsusi bir ictimai dairədə nüfuzu olan bizim kimilərin bağışlanmaq istəyi, tövbə və Allaha qayıdış sarıdan vəzifəsi daha ağırdır. Biz çox ehtiyatlı olmalıyıq. Bəzən hətta tabeliyimizdə olan orqanlarda qanun pozuntusu baş verir. Əgər bu qanun pozuntusu hansısa formada bizə aid olsa, biz məsuliyyət daşıyırıq. Məsələn, qanunu çatdırmaqda, yaxud filankəsi vəzifəyə təyin etməkdə diqqətsizliyə yol vermiş, qanun pozuntularına səhlənkar yanaşmış və belə bir işin baş verməsinə bais olmuşuq. "Özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun"3.

Deməli, nəticə bu oldu ki, ramazan ayında öz imkanımız həddində ehtiyatlı olmalı, rəftarımızı, düşüncəmizi, sözümüzü, əməlimizi düzəltməliyik, nöqsanları axtarıb tapmalı və aradan qaldırmalıyıq. Bu düzəltmə hansı istiqamətdə olmalıdır? Təqva istiqamətində. Şərafətli oruc ayəsində buyurulur: "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) təqvalı olasınız".1 Oruc təqva üçündür. Buna görə də mübarək ramazan ayında görülən işlər təqva istiqamətində olmalıdır.



Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin