İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


Pak və təmiz qəlblər - gəncliyin böyük sərvəti



Yüklə 391,59 Kb.
səhifə215/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   211   212   213   214   215   216   217   218   ...   226
Pak və təmiz qəlblər - gəncliyin böyük sərvəti

Siz gəncsiniz, ürəkləriniz pakdır, təmizdir. Siz indi bunun mənasını yaxşı anlamırsınız, çirkli ürəklərin problemindən xəbərsizsiniz. Siz gənc olduğunuza görə hələlik bunları dərk etmirsiniz. Bizim yaşlarımıza çatanda problemi anlayacaq və gənclik dövründə qəlbin təmizliyinin nə qədər qiymətli olduğunu biləcəksiniz, amma onda gec olacaq.

Siz bu gün bu sərvətə maliksiniz. Mənim sözüm budur: Bu pak və təmiz qəlbləri bacardığınız qədər əzəmət, həqiqət və gözəllik mənbəyi olan Allah-Taalanın müqəddəs zatı ilə birləşdirin, Ona yaxınlaşdırın. Əgər bunu bacarsanız, ömrünüzün sonuna qədər xoşbəxt həyata sahib olacaqsınız. Əgər indi bunu bacarmasanız, iyirmi ildən sonra çətin olacaq. Əgər iyirmi ildən sonra - 40-45 yaşınızda bacarmasanız, ondan iyirmi il sonra çox-çox müşkül olacaq. Yəni mənim indiki yaşımdan bir qədər az yaşlarda çox çətin olacaq; qeyri-mümkün yox, amma müşkül olacaq. İndidən qəlbinizi Allaha yönəldin. Müqəddəs şəriətdə bunun yolu açıqdır, sirli və mürəkkəb məsələ deyil. Siz aşağıdan dağın zirvəsinə baxıb orada kimlərisə görəndə onların oraya uçub getdiklərini düşünmürsünüz. Xeyr! Bunlar sizin önünüzdə olan yolla getmiş və oraya çatmışlar. Xəyalata qapılıb zirvələrə qeyri-adi yolla çatmağın mümkünlüyünü düşünməyək. Xeyr! Zirvələrdə gördüyünüz şəxslər bu yollarla getmişlər. Bu yollar hansılardır? Birinci növbədə günahı tərk etmək. Bunu demək asan, əməli isə çətin və mütləq lazımdır. Yalan danışmamaq, xəyanət etməmək, müxtəlif cinsi səhvlərdən, günahlardan çəkinmək - ən mühüm addım budur. Günahı tərk edəndən sonra vacibləri yerinə yetirmək və birinci növbədə namaz qılmaq lazımdır: "Bil ki, sənin hər bir əməlin namazına tabedir".1 İnsanın bütün işləri namaza tabedir. Namazı vaxtında, diqqətlə və qəlbin hüzuru ilə qılın. Qəlbin hüzuru odur ki, bir nəfərlə, bir tərəf-müqabillə danışdığınızı biləsiniz. Əgər özünüzdə bu halı və bu diqqəti yarada bilsəniz, ömrünüzün sonuna qədər sizinlə qalacaq. Qeyd etdiyim kimi, indi bacarmasanız, iyirmi ildən sonra çətin, daha iyirmi il sonra daha çətin, daha sonra isə çox-çox çətin olacaq. İndidən namaz qılarkən özünüzdə bu diqqəti yaratmağa çalışın. O zaman bu namaz sizi çirkin və bəyənilməz işlərdən çəkindirəcək.2 Onun çəkindirməsinin mənası bu deyil ki, önünüzdə bir maneə yaradacaq və siz günah edə bilməyəcəksiniz. Xeyr! Yəni daim sizə deyəcək ki, günah etmə. Əgər insanın daxilindən ona gündə bir neçə dəfə "günah etmə!" deyilsə, günah etməz. Namaz budur.

Ramazan ayının orucu çox faydalı fürsətdir, aclıq, susuzluq, istilik və çətinliklərlə mübarizədir. Bundan əlavə, Quranla, Nəhcül-bəlağə ilə, Səhifeyi-Səccadiyyə ilə, dua, nafilə, gecə namazı və bacardığınız hər bir müstəhəb işlə ünsiyyət qurun.

Sizdə olan bu nurlu və pak qəlbin qədrini bilin. Bunu sizin xoşunuza gəlməkdən ötrü demirəm. Xeyr! Dünyanın gəncləri yalnız siz deyilsiniz. Gəncliyin xüsusiyyəti belədir, qəlbiniz pakdır. İndi sizin müqayisə imkanınız olmadığından bunu hiss edə bilmirsiniz, zaman ötdükcə problemlər, toz-dumanlar və paslar qəlbi bürüyür. Hədisdə deyilir ki, bir günah etdiyinizdə qəlbinizdə bir qara nöqtə yaranır, – təbii ki, bu, məcazi mənadadır – ikinci günahı etdiyinizdə bu nöqtə iki dəfə çoxalır. Günah etdikcə bu nöqtələr daim artır və nəhayət bütün qəlbi qaraldır. İndi sizin hazırlıqlı qəlbiniz və ruhunuz vardır. Getdikcə günahlar baş verir, insanın həyatında çoxlu problemlər yaranır; siyasətdə, iqtisadiyyatda, bir tikə çörəkdə, həyat imkanları əldə etməkdə. Əgər insan indidən vərdiş etməsə, bunlar problemləri çoxaldıb qəlbi qaraldacaq. Deməli, bizim birinci və əsas sözümüz budur. Siz mənim övladlarım kimisiniz. Əgər mən öz doğma övladlarıma ən yaxşı tövsiyələr etmək istəsəm, sizə dediklərimi deyərəm.

Diqqətli olun. Hamısını demirəm, amma müxtəlif sahələrdə insanların etdiyi əksər səhvlər bu əsas və mühüm məqama riayət etməməkdən yaranır. Hətta cihadda da belədir. Bildiyiniz kimi, Ühüd döyüşündə bir qrup müsəlman səhlənkarlıq etdi və faciə yarandı. Əgər Ühüd döyüşünün hadisələrini oxumamısınızsa, tarix kitablarında oxuyun. Mən burada şərh etmək istəmirəm. Quran onlar haqda buyurur: "(Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri şeytan, məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi"1. Yəni Ühüd döyüşündə düşmənə arxa çevirən, faciənin yaranmasına, Seyyidüş-şühəda Həmzənin və digər böyük səhabələrin şəhidliyinə səbəb olan şəxsləri şeytan öncədən etdikləri günahlar səbəbindən buna vadar etdi. Quranda belə ayələr çoxdur. Günahdan çəkinməmək öz təsirini ölkə idarəçiliyində olsaq, orada, bir sahənin müdiriyyətində çalışsaq, həmin sahədə, döyüşdə olsaq, döyüşdə, maliyyə və iqtisadi sınaqlarda olsaq, uyğun yerlərdə göstərir. Odur ki, bizim əsas sözümüz budur. Qısaca deyirəm ki, gəncliyin qədrini bilin, pak qəlblərin qədrini bilin, Allahla daha çox ünsiyyət qurun. Bunun yolu günahı tərk etmək və namaza diqqət yetirməkdir. Vacib namazlardan və qeyd etdiyim diqqətdən sonra müstəhəb əməllərlə, dualarla və digər yaxşı işlərlə bacardığınız qədər məşğul olun. İnşallah Allah-Taala da yolları açar.

Ramazan ayının on birində tələbələrlə görüşdə çıxışından: 2010.


Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin