Uca bəndəlik məqamı
Dəfələrlə demişik ki, əsas məsələ insanın özünü ilahi bəndəliyə çatdıra bilməsidir. Bəndə və qul Allahın iradəsinə, hökmünə və ilahi şəriətə təslim olandır. Bütün ilahi əmrlərin, hökm, fərman və şəriətlərin əsas məğzi bu bir kəlmədir. Allah-Taala peyğəmbərlərini peyğəmbərlik məqamına seçməzdən öncə bəndəlik məqamına ucaltmışdır. Bir hədisdə deyilir ki, Allah Məhəmmədi (s) elçi seçməzdən öncə bəndə seçdi.3 Allah-Taala əvvəlcə ona bəndəlik xalatı geyindirdi, sonra peyğəmbər rütbəsinə ucaltdı. Sanki bu hər bir yüksəlişə lazım olan hazırlıq və əsas şərtdir. Təkamülün hər bir miqdarında bəndəlik əsas şərtdir. Əlbəttə, bəndəliyin də mərhələləri var. Bəndəliyin aşağı və bizim kimilərin tamah sala biləcəyi mərhələsi budur.
Özümüzü itaətə hazırlayaq, hər şeyi Ondan bilək, Allahın nemətlərini həqiqətən ilahi nemətlər sayaq, öz qüdrətimizin, elm və bacarığımızın məhsulu yox. Bilək ki, biz də bir vasitəyik. Bizim zehnimiz, əlimiz, əməlimiz, qolumuz, səyimiz ilahi iradənin həyata keçməsinə bir vasitədir. Allahın bizim böyük imamımız kimi layiqli bəndələri ramazan ayının bu saat və günlərinin qədrini bilir, ondan maksimum istifadə edirdilər. Biz məsum imamları görməmişik, amma bizim böyük, mərhum və böyük imamımızın müqəddəs vücudunda həmin ibadət və zikr əlamətləri müşahidə olunurdu.
Fitr bayramı münasibəti ilə İslam Respublikası quruluşunun vəzifəli şəxsləri ilə görüşdə çıxışından: 1990.
Dostları ilə paylaş: |