İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr



Yüklə 391,59 Kb.
səhifə67/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   63   64   65   66   67   68   69   70   ...   226
Duaların faydaları

Bir məsələ budur ki, duanın üç faydası vardır. Hər bir duada bu üç faydanın ikisi vardır; istər məsumlardan nəql olunan dualarda, istərsə də bir insanın özünün ehtiyac üzündən Allaha etdiyi dualarda. Bunların hamısında iki fayda mütləq vardır.

Bəzi dualarda bu iki faydadan əlavə çox mühüm olan üç məsələ də var. Bu üç məsələnin biri duanın ümumi məqsədindən ibarətdir – yəni Allah-Taaladan istəmək və almaq. Biz insanların çoxlu ehtiyaclarımız var, vücudumuz başdan-ayağa ehtiyac içindədir. Əgər öz vücudunuza diqqət yetirsəniz, görərsiniz ki, nəfəs almaqdan və yeməkdən tutmuş yol yeriməyə, qulaq asmağa və görməyə qədər hər bir şey biz insanların ehtiyacından xəbər verir. Yəni biz Allah-Taalanın verdiyi bir qrup imkanlarla yaşaya bilirik. Onların hamısı da Allahın iradəsi altındadır. Bu qüvvə və imkanların hər hansı birində qüsur yaransa, misal üçün, bir qan, yaxud sinir damarı işdən düşsə, bir əzələdə problem yaransa, insan öz həyatında əsaslı problemlə üzləşər. Nəhayət, insan vücudundan xaric olan məsələlərdə, yaxud psixoloji və ya ictimai məsələlərdə bəşər başqan-ayağa ehtiyac içindədir.

Bu problemlərin aradan qaldırılmasını və bu ehtiyacların təmin edilməsini kimdən istəməliyik? Bizim ehtiyaclarımızı bilən Allah-Taaladan: “Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir”.1 Allah sizin nə istədiyinizi, sizə nəyin lazım olduğunu və ondan nəyi dilədiyinizi bilir. Buna görə Allahdan istəyin. Başqa bir yerdə buyurur: “Rəbbiniz buyurdu: “Məni çağırın, sizə cavab verim!“2 Əlbəttə, bu cavab vermək istəyi təmin etmək demək deyil. Deyir cavab verərəm və ləbbeyk deyərəm. Lakin Allahın bu cavabı çox zaman sizin istəyinizi verməklə yanaşı olur. Deməli, bu birinci məsələ: insanın ehtiyacları var və o bu ehtiyacların aradan qaldırılmasını Allahdan istəməli, Allahın qapısına getməli və digərlərinə yalvarmağa ehtiyac duymamalıdır.


Bu gün cümə günü, əziz Peyğəmbərin (s) və imamların sözlərini xatırlamaq günü olduğundan bir neçə qısa hədis oxumaq istəyirəm. Bir hədisdə deyilir ki, ən fəzilətli ibadət duadır.3 Digər hədis Peyğəmbərdəndir (s). O həzrət öz səhabələrinə belə buyurdu: “Sizi düşmənlərinizdən xilas edəcək və ruzilərinizi çoxaldacaq bir silah göstərimmi?” Bu, ehtiyacları təmin etmək üçün Allahdan istəməkdir. Səhabələr dedilər: "Bəli, buyurun". Peyğəmbər (s) buyurdu: "Gecə-gündüz Allaha dua edin".1 "Həqiqətən möminin silahı duadır!"2

Həzrət Səccaddan (ə) nəql olunan bir hədisdə deyilir ki, dua sizə gəlmiş və hələ gəlməmiş bəlaları uzaqlaşdırır.3 Yəni əgər dua etsəniz, o bəla sizə gəlməyəcək.

Çox mühüm məsələdir. Allah-Taala insana elə bir vasitə verib ki, o, müstəsna yerlərdən başqa öz istəklərini onunla təmin edə bilər. Bu vasitə nədir? Allah-Taaladan istəməkdir.


Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin