Ramazan ayını və Quran baharını qənimət bilmək
Ramazan ayını qənimət bilin. Bu günləri oruc tutmaqla, bu gecələri zikr və dua ilə keçirin. Dua mövsümü bu mübarək aydır. İnsan dua vasitəsi ilə həmişə Allahla əlaqə qurmalı olsa da, diqqət yetirmək lazımdır ki, Quranın "Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam, dua edib Məni çağıranın duasını qəbul edərəm"1 ayəsi Bəqərə surəsində oruca və ramazan ayına aid olan mübarək ayələrin arasında gəlmişdir. Və bu, bütün insanları, bütün bəndələri duaya və Allah zikrinə sövq və dəvət etmək üçündür.
Dua sizin qəlbinizdə Allahla yaratdığınız əlaqədir. Dua - istəmək və Allahı çağırmaqdır. İstəmək isə ümiddən sonrakı mərhələdir. Ümidiniz olmasa, Allahdan bir şey istəməzsiniz. Ümidsiz insan heç nə istəmir. Deməli, dua ümiddir, qəbul olunmasına ümidlə yanaşıdır. Bu ümid ürəkləri işıqlandırır və duanın sayəsində cəmiyyət həvəsli və fəal olur.
Dostları ilə paylaş: |