AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV Türk dünyasının böyük mütəfəkkiri, milli ideologiyamızın banisi, Əli bəy Hüseynzadənin qızı Feyzavər Turana "Dostluq" ordeninin verilməsi barədə Sərəncam imzalayıb. Bu sərəncamın Əli bəy Hüseyinzadə anım günü 17 mart tarixində olmasınin xüsusi mənası var.Türk dünyasının böyük oğlu Əli bəy Hüseynzadə 1864- ci il Fevral ayının 24-də Salyanda anadan olmuş 1940 -cı ildə İstanbulda dünyasını dəyişmişdir.
F.T.Alpsarın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Feyzavər Turan Alpsar “Dostluq” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2018-ci il.
Əli bəyin yeganə yadigarı 95-dən çox yaşı olan Feyzavər xanıma verilən bu ordenə görə ölkə başçısı-İlham Əliyevə bir salyanlı kimi öz sonsuz minnətdarlığımı bildirirəm.