Perfokartlar uzun müddət kompüter dünyasında verilənlərin saxlanılması üçün əsas qurğu olub.
Perfokart latın sözüdür,
perforo - dəlirəm,
charta - papirus vərəqi, kağız deməkdir. Nazik kartondan hazırlanan perfokart informasiyanı kartın müəyyən mövqelərində dəliklərin olub- olmaması ilə təqdim edir.
1949-cu ildə
IBM şirkətinin mühəndis və tədqiqatçılardan ibarət qrupu verilənlərin saxlanılması üçün yeni qurğu hazırlamağa başlayıblar. 1952-ci il may ayının 21-də
IBM şirkəti
IBM 701 hesablama maşını üçün
IBM 726 lent daşıyıcı modulunu təqdim edib.