Tipik sərt disklərin əsas komponentləri aşağıdakılardır:
-
Disk lövhələri;
-
Oxuma/yazma başlıqları;
-
Başlıqların mövqeyini dəyişən mexanizm;
-
Şpindel mühərriki;
-
Elektron lövhə;
-
Kabel və konnektorlar;
-
Konfiqurasiya elementləri (məsələn, çeviricilər - jumpers).
Disk lövhələri, şpindel mühərriki, oxuma/yazma başlıqları və başlıqların mövqeyini dəyişən mexanizm adətən HDA (Head Disk Assembly - disk və başlıq bloku) adlanan hermetik korpusda yerləşirlər. Bu bloka adətən vahid komponent kimi baxılır; onu nadir hallarda açırlar. HDA blokuna daxil olmayan digər hissələr (elektron lövhə, konfiqurasiya elementləri, montaj avadanlığı və s.) qurğudan asanlıqla çıxarıla bilər.
Dostları ilə paylaş: |