İlyas Əfəndiyevin anadan olmasının 105 illiyi münasibətilə Həmişəyaşar sənət və sənətkar



Yüklə 64,64 Kb.
tarix08.03.2020
ölçüsü64,64 Kb.
#102254


ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİlMİŞ KİTABXANA SİSTEMİ




İlyas Əfəndiyevin anadan olmasının

105 illiyi münasibətilə
Həmişəyaşar sənət və sənətkar

/metodik vəsait/

ŞİRVAN-2019

İlyas Əfəndiyev – 105.

Həyat və yaradıcılığı
İlyas Məhəmməd oğlu Əfəndiyev1914 – cü il may ayının 26 – da Azərbaycanın

Füzuli rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1930 – 1933 – cü illərdə şəhər məktəbində və ıı dərəcəli parttiya məktəbində dil və ədəbiyyat fənlərini tədris etmişdir. 1934 – 1938 – ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda coğrafiya şöbəsində qiyabi təhsil almışdır. O, 1938 – 1940 –cı illərdə “Yeni yol”, “Kommunist” qəzetlərinin redaksiyalarında ədəbi işçi , 1940 – 1941- ci illərdə “Ədəbiyyat qəzeti” redaksiyasında Tənqid şöbəsinin müdiri, 1941- 1947- ci illərdə Azərbaycan Radio Komi-təsində Ədəbiyyat şöbəsinin müdiri, 1944 – 1945 – ci illərdə Bakı Kinotudiyasında sse- nari şöbəsinin , 1946 – 1947 – ci illərdə “İnqilab və mədəniyyət “ jurnalı redaksiyasında Nəşr şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

1940-cı ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. 1952 – 1958- ci illərdə Azərbaycan Yazıçılar İttifaqında nəşr üzrə məsləhətçi , 1958 – 1951 – ci illərdə məsul katib kimi çalışmımdır. Yazıçı ədəbi fəaliyyətə 1933 – cu ildən başlamışdır . İ. Əfəndiyevin “ Berlində bir gecə “ adlı ilk hekayəsi 1939- cu ildə “Ədəbiyyat qəzetində” dərc olunmuşdur.”Söyüdlü arx” ( 1958 ) , “Körpüsalanlar” ( 1960 ), “Dağlar arxasında üç dost” ( 1963 ) , Sarıköynəklə Valehin nağılı” (1978 ), “Geriyə baxma,qoca” ( 1980 ),

“Üçatılan” ( 1981) kimi romanlar, bir çox digər povest və hekayələri Azərbaycan və rus dillərində dəfələrlə Bakıda nəşr edilmişdir.

Onun “ İşıqlı yollarla” ( 1947 ) , Bahar suları” ( 1948),”Atayevlər ailəsi” ( 1954 ), “Sən həmişə mənimləsən” ( 1964 ), “Unuda bilmirəm” ( 1968 ) ,Məhv olmuş gündəliklər” ( 1969 ),” Mənim günahım” ( 1970 ), “Mahnı dağlarda qaldı “( 1971) ,”Xurşudbanu Natavan”( 1981),”Büllur sarayda” ( 1983),”Şeyx Məhəmməd Xiyabanı” ( 1986 ), “Bizim qəribə taleyimiz” ( 1988) və başqa pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, eləcə də respublikasının digər teatr səhnələrində tamaşaya qoyulmuşdur.

İ.Əfəndiyev 1960 – cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş, 1972 – ci ildə Dövlət mükafatı laureatı olmuşdur. 1974- cü ildə Azərbaycanın “Xalq yazıçısı” fəxri adına layiq görülmüşdür. 1949- cu ildə, “Şərəf” nişanı , 1971-ci ildə “Qırmızı Əmək bayrağı,” 1974 – cü ildə “Oktyabr inqilabı”, 1949-cü ildə “Şöhrət orden – ləri və bir çox medallarla təltif olunmuşdur.


İlyas Əfəndiyev 1996- cı il oktyabr ayının 3- də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Görkəmli şəxslər İlyas Əfəndiyev haqqında.
İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə , həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağış – layır. Onun kitablarında həm körpüsalanların çətin işi , həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm də Azərbaycan ziyalıları arasında mənəvi- psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks edilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizizin mənəvi təşəkkülünü və inkişafını diqqətlə izləyir, onun mənasını açıb göstərir,bugünki həyatımız üçün də, gələcək həyat üçün də nümünə olan adamların parlaq obrazlarını yaradır. O,öz sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində fəal iştirak edir.

Heydər Əliyev

Umümmilli Lider .

İlyas Əfəndiyev əməkçilərin zəhmət birliyini böyük məhəbbətlə və hərarətlə təsvir edir, onların zəhmətini parlaq və real boyalarla göstərir...

Bir” Bahar suları” əsərini onun şeriyyətinə görə sevirik, bir daha inanırıq ki, həyatımızda yalnız maddi, nəhənglər geyil, eyni zamanda yeni, zəngin, həm də gözəl bir insan mənəviyyatı yaradılır.

Səməd Vurğun

Xalq şairi
İyas Əfəndiyev hər cür milli məhdudluqdan uzaq bir yazıçldır. Ədəbiyyatımızın beynəlmiləlçilik, ümumbəşəri ideyalarına sadiq olan ədib, cəmiyyətdə müxtəlif millət – lərdən olan insanların necə qardaş kimi əlbir çalışıb, xoşbəxt yaşadıqlarını dövrümüzünün ən böyük nailiyyəti kimi təsvir edir.

Məmməd Arif

Akademik
İlyas Əfəndiyev yenə də yaradıcılıq xüsusiyyətlərinə sadiq qalaraq, təbii insan psixologiyasını təbii və sadə boyalarla göstərdiyi üçün”Atayevlər ailəsi” pyesi də bizim realist dramaturgiyamızın sevindirici nailyyətlərindən biridir.

Mehdi Hüseyn

Xalq yazıçısı

Azərbaycan Dövlət Akademik Dram teatrının son otuz ildəki inkişafını İlyas Əfəndiyevsir təsəvvüz etmək mümkün deyil...

İsmayıl Dağıstanlı

Xalq artisti

İlyas Əfəndiyev ən çox oxunan, sevilən, özü də heç kimə oxşamayan yazıçıları- mızdandır. Onun öz mövzuları, həyat hadisələrinə öz yanaşma yolları və üsulu vardı. Bu yaradıcılığını məşhur edən problemlərində özünəməxsusluq, orijinallıq güclüdür.

Kamal Talıbzadə

Akademik

İlyas Əfəndiyev insanların şüurunda və psixologisasında baş verən təbəddülatı əks etdirməyə çalışan , psixoloji ziddiyət və çarpışmaları əsərlərin mərkəzi konfiliktinə çevirən yazıçıdır.

İsmayıl Şıxlı

Xalq yazıçısı

İlyas Əfəndiyevin yaratdığı surətlərdə bir kövrəklik , yanğı və yanıqlıq var. Həyatdan götürülmüş belə obrazları qələmə olan İlyas Əfəndiyev şübhəsiz ki, ürəyinin bütün hərarətini onlara bəxs etmişdir.

Amaliya Pənahova

Xalq artisti

İlyas Əfəndiyev irsinin kitabxanalarda təbliği

Ömrünün 60 ilindən çoxunu yazıb – yaratmağa həsr etmiş qüdrətli sənətkar İlyas Əfəndiyev 30 – cu illərin axırlarında yazdığı ilk əsərləri ilə oxucuların rəğbətini qazan- mış sonrakı illərdə qələmə aldığı oçerk, hekayə, povest, roman və dram əsərləri ilə müasir ədəbiyyatımızın inkişafına mühüm təsir etmiş, söz sənətinin ən yüksək zirvələri- nə yüksəlmişdir.

İlyas Əfəndiyev heç kimə bənzəməyən orijinal bir yaradıcılıq yolu keçmiş. ədəbiyyatın bütün yanrlarında ( şer növündən başqa) ölməz sənət nümunələri - oçerk, hekayə povest ,roman, dram əsərləri yaratmış, respublikamızın ədəbi – mədəni həyatından , dünya hadisələrini aktual məsələlərindən bəhs edən yüzlərlə elmi – pulisitik məqalələr və s. yazmışdır.

Xalqımızın bədii salnaməsini yaratmış İlyas Əfəndiyev irsinin kitabxanalarda təbliği ilə əlaqədar olaqar müxtəlif tədbirlər keçirmək olar. Yubileylə əlaqədar kitab müzakirələri, ədəbi- bədii gecələr, disputlar, oxucu konfranslar və s.tədbirlər təşkil etmək olar .”İ.Əfəndiyev yaradıcılığında tarixi dram janrı”, “Taleyə çevrilmiş əsərlərin müəllifi”,”G örkəmli sənətkar”,”Görkəmli yazıçı, dahi dramaturq”,”İ.Əfəndiyevin yaradıcı- lıq yolu “, “Zamanı qabaqlayan sənətkar”,”Milli ədəbiyyatımızın fəxri”, “ Düşündürən dramaturq”, “İlyas Əfəndiyev yaradıcılığının poetikası”,”Həmişəyaşar sənət və sənətkar” mövzusunda tədbirlər keçirmək olar. Eyni zamanda yubileylə əlaqədar olaraq bütün kitabxanalarda “İlyas Əfəndiyev -105” başlıqlı sərgilər hazırlanmalıdır.Günki sərgi keçirilən tədbiri tamamlayır.Tədbirlərin keçirilməsi üçün aşağıdakı ədəbiyyatlardan istifadə etmək olar:

1.Seçilmiş əsərləri: 3 cilddə / İ.Əfəndiyev. – Bakı: Avrasiya Press,2005.

2. Ceyran ovu / İ. Əfəndiyev; red . M. Namaz. – Bakı: Gənclik, 1994.- 104.

3. Sən ey böyük yaradan ! .. / İ.Əfəndiyev; red. G.Əmrullah qızı. – Bakı: Şərq= Qərb, 1997.- 164 s.

4. İlyas Əfəndiyev: biblioqrafiya / Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, Azərb. Milli Kitabxanası; tərt.G.Şəfərəliyeva ; red. və burax. məsul K.Tahirov; ön söz müəl. Ş. Alışanlı. – Bakı: [ s.n.] , 2014.- 511, [ ı ] s.

5. İlyas Əfəndiyev. Ömür davam edir: İlyas Əfəndiyev haqqında xatirə kitabı / Azərb. Resp. Mədəniyyət və Turizm Naz. tərt.ed., red. və ön söz. müəl. Elçin. – Bakı: Təhsil. 2014. – 598, [ 2] s.

6.İsrafilov.İ.R. Gələcəyin adamı: [ İlyas Əfəndiyev: manoqrafiya ] / İ.R.İsrafilov;[ red.M.Çəmənli; naşiri T.Axundov ] ; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi. – Bakı: Aspoliqraf, 2014. – 271 s.

7. Mədətoğlu , Ə. Əsrlərin, nəsillərin müasiri – İlyas Əfəndiyev / Ə. Mədətoğlu // Ədalət – 2017. – 18 oktyabr. – s 15.



Tərtib etdi : Heydərova T.
Yüklə 64,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin