Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. Azərbaycan ədəbi dilinin inkişafında İlyas Əfəndiyevin rolu, canlı danışıq dilinin ədəbi dilə təsirində yazıçının xidmətləri, ədəbi dil normalarının təkmilləşməsində və sistemə salınmasında onun yaradıcılığının faydalı cəhətləri dissertasiyanın nəzəri əsaslarını təşkil edir.Nəzəri aspektdə işin nəticələrindən digər dramaturqların əsərlərinin təhlili zamanı istifadə etmək olar. Tədqiqat işinin nəzəri hissəsi, həm də dram dilinin nəzəriyyəsini zənginləşdirir və inkişaf etdirir.
Dram dilinin xüsusiyyətləri ilə bağlı ardıcıl linqvistik təhlillərin aparılması praktik cəhətdən əhəmiyyətlidir.Dissertasiyanın nəticələri seçmə fənlərin, üslubiyyat elminin tədrisinə tətbiq oluna bilər. Yazıçı dilinin lüğətini hazırlayarkən bu işdən istifadə etmək olar. Tədris prosesində seçmə fənn kimi ‘İlyas Əfəndiyev və müasir ədəbi dilimiz” mövzusu təklif oluna bilər. Nəzəri müddəalar və nəticələr dram dilinin praktiki-tədris məsələlərinin həllində mühüm rol oynaya bilər.
Dostları ilə paylaş: |