Aprobasiyası və tətbiqi. Tədqiqatın nəticələri müxtəlif elmi konfrans materiallarında, Azərbaycan və xarici ölkələrin tematik məcmuə və jurnallarında, “Bədii əsərlərin dili və sənətkarlıq xüsusiyyətləri (İlyas Əfəndiyevin dramaturgiyası əsasında)”, “İlyas Əfəndiyev və lirik-psixoloji dram dili” adlı monoqrafiyalarda da əks olunmuşdur.
Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı. Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsində yerinə yetirilmişdir.