İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə100/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   127

otuz doqquzuncu dərs




TARİXİN DƏRSLƏRİ (1)




«Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar. Çünki işlər bir-birlərinin oxşarıdır. Ne’mət sahibinə naşükür olma. Ne’mətə qarşı naşükürlük ən çirkin küfrdür. Üzrü qəbul edən ol».1

KEÇMİŞ GƏLƏCƏYİN YOLUNDA İŞIQDIR


Əmirəl-mö’minin Əli (ə) imam Həsənə (ə) vəsiyyətnaməsinin belə bir cümləsinə çatdıq: «Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar». Yə’ni keçmişdə baş vermiş hadisələri gələcək üçün işıq bil. Sonra isə buyurulur: «Çünki işlər bir-birlərinin oxşarıdır». Həzrətin (ə) bu cümləsi elmi və fəlsəfi yox, moizə və nəsihət xarakterli bir cümlədir. Həzrət (ə) aşkar bir həqiqətə istinad edərək, qafil insanları moizə edir, qəflət yuxusundan oyatmaq istəyir. İnsan tarixdə baş vermiş hadisələri araşdırdığı zaman şahid olur ki, keçmişdə çox ibrətamiz hadisələr baş vermişdir. Bəşəriyyət çox böyük bir tarixi yol keçmiş və bu yol hələ ki başa çatmamışdır. Ən ümumi gerçəkliklərdən biri budur ki, bu dünyaya qədəm qoymuş bütün insanlar bir gün var-dövlətlərini qoyub, dünyadan köçmüşlər. Bu həqiqətə nəzər salaraq, anlamalıyıq ki, bir gün biz də bu dünyadan köçəsi, var-dövlətimizi kimlərəsə tapşırasıyıq. Belə bir ayrılıq labüddürsə, dünya malı üçün tər axıtmağa dəyərmi?! Əldən çıxıb fani olası şeylərə görə halal-haram hədlərini pozub, başqalarının haqqına təcavüz etmək nə dərəcədə ağlabatandır?! Təəssüf ki, dünya var-dövlətinə və övladlarımıza o qədər bağlanırıq ki, hətta ilahi vəzifələrimiz də yaddan çıxır. Kamillik axtaran insan dünya malından ötəri ən kiçik vəzifələrini də tərk etməz. Dünyaya könül verməyin ən kiçik zərərlərindən biri insanın mə’nəvi dəyərlərə biganə qalmasıdır. Hansı ki, insanın düşüncəsi daim kamillik məsələsinə məşğul olmalıdır. Aydındır ki, diqqətsiz, «hüzure-qəlb»siz ibadətlər insanın qəlbini daha da daşlaşdırır. Necə ki, diqqətsiz mütaliə insanın düşüncəsini azaldır. Demək, dünyaya, ailə-övlada ifrat bağlılıq aqilanə bir iş deyil. Haram yolla olmayan bağlılıq da insanın təkamülünü ləngidir və insan labüd çətinliklərlə üzləşir.

Bundan əlavə, qiyamət günü hətta halal var-dövlətin hesabını vermək insanı məhşərdə yubandırır. Bütün bunlar insanı dünyaya bağlılıqdan çəkindirməlidir. Həzrət Əli (ə) bu həqiqəti bəyan edərək buyurur: «Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar». Yə’ni keçmişdən ibrət götür, bil ki, bu dünya kimsəyə vəfa qılmamışdır. Dünyaya ifrat bağlananların, ona qul olanların aqibəti çox ağrılı olur. Yaxşı aqibət isə Allaha təvəkkül edənlərin qismətidir. Bəli, bütün rəftar və əməllərimizdə keçmişlərdən ibrət götürək və bilək ki, gələcək taleyimiz keçmişdəkilərin taleyinə oxşar olasıdır.



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin