BİR NÜMUNƏ VƏ BİR QEYD
Şəraitin dəyişməsinin sübutu və aydınlaşdırılması üçün bir nümunə göstərək. Şərqin ən dindar şəhərlərindən biri Yəzd şəhəridir. Bu şəhər «Darul-ibadət» adı ilə yad edilir. Yəzddə çoxsaylı dini mədrəsələr fəaliyyət göstərir və bu şəhər əhli dini məsələlərə çox diqqətlidir. Mö’təbər mənbələrə əsasən, bir zaman Yəzddə Qur’anı üzünə oxuya bilənlər çox az olub. Hətta müsəlman müəllimlər bu işdə yardım üçün zərdüşti müəllimlərə müraciət edərmişlər. Bu əfsanə yox, həqiqətdir. Demək, bu gün «Darul-ibadət» adlandırılan Yəzd şəhərində bir zaman müsəlmanlar zərdüştilərdən Qur’an oxumağı öyrənirmişlər.
Bir vaxt ingilis siyasətçiləri aşkar e’lan edirdilər ki, nə qədər ki Qur’an müsəlmanların əlindədir, onları tabe etmək mümkün olmayacaq. Onlar Qur’anı müsəlmanların əlindən almaq üçün böyük sərmayələr xərcləmiş, bir çox məkrli planlar həyata keçirmişlər. İş o yerə çatmışdı ki, hətta mədrəsə müəllimləri də Qur’an oxumaqda çətinlik çəkirdilər. Bu barədə bir lətifə də var. Deyirlər ingilislərin fəal olduğu dövrlərdə bir müəllimdən «Yasin» kəlməsini oxumasını xahiş edirlər. Müəllim «ya» və «sin» hərflərindən ibarət olan bu kəlməni «yes» kimi oxuyur. Bu lətifə olsa da, acı həqiqətdən danışır.
Bizim dövrümüzdə də Qur’ana münasibətdə eyni cəhdlər müşahidə olunur. İslam sayəsində əli müsəlman ölkələrindən çıxmış zalımlar nəyin bahasına olursa olsun, İslamı məhv etməklə millətlərə ağalıq etmək istəyirlər.
Dostları ilə paylaş: |