İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə104/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   127

TARİXDƏ BİR SƏHİFƏ


Xalqın dini rəhbərlərinə e’tiqadına balta çalmaq, dini məhv etməkdən daha çətindir. Əsrlər boyu çalışan istismarçılar xalqı Qur’andan ayıra bilməmişlər. Kimsədə cür’ət tapılmayıb ki, «Qur’an oxumayın» əmrini versin. Amma nə zamansa düşmən hiyləgərliklə öz məqsədinə çatıb. Şükürlər olsun ki, bu gün islami məmələkətimizdə beş yaşlı körpə Qur’an hafizi zirvəsinə ucala bilir. Hansı ki, bir vaxt 30-35 yaşlı müəllimlər Qur’an oxumaqda çətinlik çəkərdilər. Düşmən bir vaxt öz planını asta-asta həyata keçirmiş və dünyəvi dərs proqramını o qədər ağırlaşdırmışdı ki, Qur’an oxumağa vaxt qalmasın. Amma dini rəhbərlərə inamı aradan qaldırmaq asan iş deyil.

Müsəlman cəmiyyətini «vilayəte-fəqih», fəqih rəhbərliyindən məhrum etmək üçün iyirmi il plan cızdılar. Qismən də olsa, müvəffəq olmuşlar. Hətta universitetlərdə bu növ mövzuların tədrisinə cür’ət olundu. «Vilayəte-fəqih üçün dəlil yoxdur», dedilər. Yalnız konstitusiyada öz əksini tapdığı üçün onu qəbul etmək məcburiyyətində qaldılar. Konstitusiyada belə bir hakimiyyət təsbit olunmazdısa, onu bir kənara qoyardılar. Onların nəzərincə, bu hakimiyyətin qanuniliyi yalnız konstitusiya ilə tənzimlənir.

Onların nəzərincə, konstitusiya göydən enmiş bir vəhy kimidir. Hansı ki, vilayəte-fəqih inancı şiə məzhəbinin əsas e’tiqadlarındandır. Konstitusiyanı isə gündəmə çıxaran vəliyye-fəqihdir. Əgər o, imza etməsə, nə konstitusiya e’tibarlıdır, nə də qanunlar. Din yolunda bizi canımızdan və malımızdan keçməyə çağıran vəliyye-fəqihin hökmüdür. Onun göstərişi Allah göstərişidir. Əgər zalım rejim zamanı insanlar küçələrə tökülüb, sinələrini gülləyə verirdilərsə, bunun səbəbi əsrin imamının naibinin fərmanı idi. Bu gün də İslam vəliyye-fəqihin göstərişlərinə əsasən qorunur. İnsanlarımız vəliyye-fəqihi əsrin imamının naibi kimi qəbul edərək, onun göstərişini Allahın və Allahın Rəsulunun (s) göstərişi kimi vacib sayırlar. Əks təqdirdə, insan özünü nə üçün təhlükəyə atmalı idi?!

Düşmənlər vilayəte-fəqihin mahiyyətini müsəlmanlardan qabaq anladılar və onunla mübarizəyə qalxdılar. Onlar hər vəchlə xalqın e’tiqadını sındırmağa çalışırlar. Əfsus ki, bə’zən müvəffəq də olurlar. Günümüzün tələbi agah olmaq, siyasi və mədəni hücumlara cavab vermək, ilahi əzab üçün şərait yaratmamaq, özümüzü vilayət ne’mətindən məhrum etməməkdir.

Bu ne’mətin qədrini daha yaxşı bilmək üçün qonşumuz Əfqanıstana nəzər salın. Müsəlman əfqan xalqı zalımların və təcavüzkarların zülmündən qurtarmaq üçün illər uzunu mübarizə apardı. Onlar bu yolda bizdən az əziyyət çəkməyiblər. Bir sual yaranır: onların azadlıq yolunda verdikləri qanların qazancı nə oldu? İyirmi ildən artıqdır ki, əfqanlar parçalanaraq, vahid bayraq altda birləşə bilmirlər. Çünki bu xalqın yekdil qəbul etdiyi vahid rəhbər yoxdur. Ölkəmizdə isə Əhli-beytin (ə) bərəkəti sayəsində vilayəte-fəqih prinsipləri qəbul olundu və bütün problemlər həllini tapdı. Əfqanıstanda isə xalqın əksəriyyəti sünnə əhli olduğundan bu prinsiplər gündəmə gətirilmədi. Onlar bu gerçəkliyi qəbul etsələr də, uyğun məs’uliyyəti öhdəsinə götürəsi dini rəhbərdən məhrumdurlar. Allah-təala ölkəmizin şiələrinə onların arasında şəm də şö’lələnən ilahi rəhbəri ne’mət vermişdir. Hətta İslama e’tiqadı olmayanlar da, insafla yanaşsalar, e’tiraf etməlidirlər ki, bu rəhbərlik Allahın ne’məti və cəmiyyətin xoşbəxtliyinin zəmanətçisidir. Bu ne’mətdən məhrum olan hər bir ölkəni Əfqanıstanın taleyi gözləyir. Ölkəmizdə də müxtəlif xalqlar yaşayır və bu xalqlar arasında ədavəti qızışdırmaq mümkünsüz deyil. Məmələkətimizdə Əfqanıstandakından da çox millətlər məskundur. Bu millətləri mövcud ilahi rəhbərlik vahid bayraq altında toplaya bildi. Əgər bu ilahi qüdrət olmasaydı, hansı təşkilat mövcud birliyi yarada bilərdi?! Bu gün ölkəmizin ziyalıları millətçilik hisslərini qızışdırmağa çalışırlar. Belə hərəkətlər, əlbəttə ki, naşükürlükdür. Ən böyük naşükürlük isə ilahi prinsiplər əvəzində oyuncaq demokratiyanın bərqərar olmasıdır. Bu məsələ ilə bağlı Əmirəlm’ömininin (ə) buyuruğunu xatırlamaq yerinə düşür: «Ne’mət sahibinə naşükür olma. Ne’mətə qarşı naşükürlük ən çirkin küfürdür». İnsan nə qədər naşükür olmalıdır ki, belə bir ne’mətin qədrini bilməsin. Dünya və axirət səadətinin tə’minatçısı olan bir ne’mətdən imtina etmək necə də böyük naşükürlükdür. Bə’zi alimlər də bu cahil düşüncəyə münasibət bildirmirlər. İlahi rəhbərliyin məsxərəyə qoyulmasına göz yummaq olarmı?! İlahi hakimiyyətə şübhə yaradılması qarşısında susmağımız nə dərəcədə düzgündür?!


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin