FƏZİLƏTDƏN RƏZALƏTƏDƏK
«Orta həddi gözləməyən şəxs zülmə gedir. Qənaət insan üçün necə də xoş bəhrədir. İnsan üçün ən pis yoldaş həsəd və ümidsizliklə süslükdür. Xəsislik məzəmmət gətirər».1
İş, himmət əhli üçün Əhli-beytin (ə) kəlamı gözlərin işığı, qəlbin qüvvəti və qolların gücüdür. Allahın yardımı ilə təqvalılar imamı Əli ibn Əbu-Talibin (ə) qüdsi kəlamlarını izah etdik. Vücudumuzun tutumu həddində bu moizələrdən faydalandıq. İndi isə Allah-təalanın yardımı ilə imamın (ə) digər bir kəlamını araşdırırıq.
Həzrət (ə) buyurur: «Orta həddi gözləməyən şəxs zülmə gedir». Bu kəlamın ardınca buyurulmuş digər qısa kəlamlar əvvəlki kəlamın bir növ nümunələrindəndir. Nümunə kimi təqdim olunan kəlamlar «Nəhcül-bəlağədə» nəql olunmamışdır. Çünki mərhum Seyyid Rəzi Həzrətin (ə) kəlamlarını seçmə qaydasında toplamışdır. Amma «Biharul-ənvar»da uyğun kəlamın ardınca bir neçə cümlə bəyan olunmuşdur.
Dostları ilə paylaş: |