İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ


QUR’AN VƏ HƏDİSLƏRDƏ E’TİDALIN ZƏRURİLİYİ HAQQINDA



Yüklə 3,86 Mb.
səhifə124/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   127

QUR’AN VƏ HƏDİSLƏRDƏ E’TİDALIN ZƏRURİLİYİ HAQQINDA


Rəvayətlərdə insanlar orta həddin gözlənilməsinə də’vət olunurlar. Rəvayətlərdən birində Həzrət Əli (ə) orta həddin gözlənilməsini iman əhlinin əxlaqı kimi tanıtdırır.1 Qur’ani-kərimdə də orta hədd haqqında danışan ayələr mövcuddur. Ayələrdən birində Həzrət Loğman öz oğlunu orta həddə də’vət edir.2

Ərəb dilində «qəsd» və «iqtisad» kəlmələri «orta hədd» mə’nasını daşıyır. «Qəsd» kəlməsi başqa mə’nalara malik olsa da, ilkin mə’na «orta həddir». Həzrət Loğman oğlunu orta həddə də’vət edərkən yerişdən danışır. Belə başa düşmək olarmı ki, Həzrət Loğman yalnız orta sür’ətli yerişi nəzərdə tutur? Qeyd etməliyik ki, orta sür’ətli yeriş bir çox digər işlərimiz üçün də faydalıdır. Elə həmin surədə Loğman öz oğluna tövsiyyə edir ki, danışarkən səsini çox qaldırmasın. Demək, insan öz səsinə də bir hədd qoymalıdır. Səs həm eşidilməli, həm də başqalarına mane olmamalıdır.

«Maidə» surəsinin 66-cı ayəsində oxuyuruq: «Kitab əhli arasında orta həddi gözləyənlər də var, onların çoxu isə pisrəftarlıdır». Həzrət Peyğəmbərə (s) Allah-təala buyurur: «Heç vaxt əllərini boynuna salma (yə’ni bağışlamaqdan qalma) və həddən artıq açma ki, məzəmmət olunarsan, işindən qalarsan».3 Bağışlayarkən də orta hədd gözlənilməlidir.

Qur’an ayələrinə istinad edərək, deyə bilərik ki, orta həddin gözlənilməsi əxlaqi fəzilət qaydasıdır. Bu qayda yaxşı və pis işlərin tanınmasında insana kömək edir.




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin