ARZU VƏ İSTƏKLƏRDƏ ORTA HƏDDİN GÖZLƏNİLMƏSİ
İnsanda öz gələcəyi haqqında üç ruhiyyə ola bilər: Bə’ziləri ifrat xəyala dalaraq, əlçatmaz arzularla yaşayırlar. Onlar öz xəyallarında göydələn binalar tikir, onu gəlin tək bəzəyir, yüksək vəzifələr arzusu ilə yaşayırlar. Hansı ki, onların arzuları xam xəyaldan başqa bir şey deyil. Ağıllı insan nəinki belə xəyallara qapılmır, hətta başqalarında belə arzular müşahidə etdikdə təəccüblənir. Başqa bir qrup isə heç vaxt qəti qərara gələ bilmir. Onlarda uğur və inkişafa zərrəcə ümid yoxdur. Belə bir ümid olmadığından heç bir iş görməyib, yerlərində oturub qalırlar. Belələri canlı müqəvva kimidirlər.
Arzulara münasibətdə ifrata və təfritə varanlar haqqında danışdıq. Arzulara münasibətdə orta hədd odur ki, insan öz imkanlarına, reallığa uyğun xəyallara qapılsın və varlıq aləminin hakimi olan Allaha təvəkkül etməklə qərar çıxarsın. Belə insanların arzuları gerçəklikdən uzaq olmur. Onlar əlçatmaz şeylər haqqında düşünmür, bədbinləşib tənhalığa çəkilmirlər. Onlar orta yolu seçmişlər.
Dostları ilə paylaş: |