QƏLB VƏ ONUN FƏALİYYƏTLƏRİ
Həzrət Əli (ə) ilahi vəsiyyətin bu hissəsində buyurur: «Qəlbini ədəblə pak və işıqlı et, necə ki, alovu odunla şö’lələndirirlər». Bu kəlamda insan qəlbi elə bir alova bənzədilir ki, ona baxan olmasa, sönəsidir. Əgər ona odun atılarsa, şö’lələnər. Necə ki, alovda olan işığın davam etməsi üçün oduna ehtiyac var. İnsan qəlbi isə ədəb vasitəsi ilə işıqlanır, güclənir. Alov odunla, qəlb isə ədəblə şö’lələnir. Bu yerdə, anoloji olaraq, qəlbin güclənməsi, öz əsərini büruzə verməsi üçün ona veriləsi şey «ədəb» kimi tə’bir olunur. Əlbəttə, ədəbin müxtəlif mə’na və işlənmə məqamları var. Onlardan bə’zilərinə nəzər salacağıq.
«Ədəb» dedikdə insanın gözəl rəftarına səbəb olan şeylər nəzərdə tutulur. Yə’ni insana gözəl rəftarı öyrədən şey ədəb hesab olunur. «Təəddüb» kələməsi də «ədəb» əsasındadır. Demək, qəlbimizin şö’lələnmiş alov tək işıqlanmasını istəyiriksə, onu gözəl yolla və həkimanə rəftarla qidalandırmalıyıq. Əks-təqdirdə, qəlb öz fəallığını və işığını itirəsidir.
Dostları ilə paylaş: |