İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə28/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   127

RUHUN DAİMİ ŞÖ’LƏLƏNMƏSİ ÜÇÜN


Həzrət Əlinin (ə) vəsiyyətinin bu hissəsində faydalandığımız digər bir nöqtə idrak və hiss mərkəzi olan qəlbin daimi qidalanmaya ehtiyaclı olmasıdır. Bə’zən güman edirik ki, əgər bir məsələni möhkəm dəlillər, nəqletmə, şahidlik yolu ilə bilmişiksə, artıq görüləsi iş qalmayıb. Məsələn, güman edirik ki, əgər bircə dəfə Allahın varlığın bilib, «əşhədu əlla ilahə illəllah» deməklə imanla gətiririksə, iş sona çatır. Əslində isə belə deyil. İşıqlanma üçün yanacaq və enerji təchizatına ehtiyac olduğu kimi, daimi işıqlanma üçün daimi yanacaq və daimi enerji təchizatına ehtiyac duyulur. İnsan qəlbi də eyni ilə bu cür daimi enerjiyə möhtacdır. Bir dəfə bilmək, sübuta yetirməklə iş başa çatmır. Bir məsələyə diqqət yalnız bir müddət az-çox təsirli ola bilər. Əlbəttə, mövzunun tə’sir müddəti onun nüfuz gücündən, insanı tə’sir altına alan müsbət və mənfi xarici amillərdən asılıdır. Hər halda, insanın öyrəndiyi həqiqətin onun rəftarına tə’siri məhduddur. Uyğun tə’sir qorunmasa, inkişaf etdirilməsə, qidalandırılmasa, sönüb, yox olasıdır. Bir dəfə öyrənib, bir dəfə inanmaq ömrünün sonunadək kifayət etmir. İnsan öz əqidə və imanını qidalandırmalı, dəlillərini götür-qoy etməli, daimi özünə təlqin etməli, əqidəsini diri saxlayacaq işlər görməlidir.

Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin