İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə40/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   127

HƏR AXTARAN AXTARDIĞINI TAPMIR


Söhbətimizin bu yerinədək Həzrət Əlinin (ə) uyğun kəlamının bir mə’nasını zikr etdik. Amma ötən müqəddimələrə əsasən ehtimal olunur ki, daha bir mə’na mövcuddur. İndi bu barədə danışacağıq.

Növbəti ifadələrdə buyurulur: «Hər axtaran tapası deyil». Bu, uyğun cümlənin ən sadə tərcüməsidir. Məqsədə doğru can atan hər insan heç də həmişə hədəfə çatmır. Hər axtaran axtardığını tapası deyil. Səfərə çıxmış insanların hamısı geri qayıtmır. Səfərə çıxmış şəxs geri dönməyə də bilər. Amma bu kəlamın batinində digər bir məfhum da gizlənmişdir. Bu məfhumu anlamaq üçün bir neçə nöqtəni aydınlaşdırmalıyıq. Əvvəla, bu tə’bir hansı hal üçün deyilmişdir? Mə’lum məsələdir ki, səfərə çıxmış şəxs bə’zən geri qayıdır, bə’zən isə yox. Eyni qayda ilə, müəyyən məqsəd ardınca gedən insan bə’zən məqsədə çatır, bə’zən isə yox. Bəs uyğun ifadə burada hansı məsələni aydınlaşdırmaq üçün işlədilmişdir? Həzrət (ə) öz dinləyicisinə hansı məsələni aydınlaşdırmaq, hansı hikməti öyrətmək istəyir?

Bə’zi təfsirçilər və şərhçilər bu ifadənin açıqlanmasında bildirmişlər ki, bə’zi naşı insanlar getdikləri yolda məqsədə hökmən çatacaqlarını zənn edirlər. Belə bir təsəvvürlə meydana girdiklərindən, müvəffəq olmadıqda ümidlərini itirib, süstləşirlər. Belə bir müvəffəqiyyətsizlik onlarda bütün işlərə qarşı ümidsizlik yaradır. Deyirlər ki, filan işə başladıq, amma heç bir nəticəsi olmadı. Düşünürlər ki, heç bir işdə uğur qazana bilməzlər və özlərini bədbəxt hesab edirlər. Güman edirlər ki, hansı qapını döysələr, həmin qapı açılası deyil. Ona görə də söhbətin bu yerində ümidsizliyi aradan qaldırmaq üçün buyurur: «Hər axtaran tapası deyil». İnsanın nəzərinə çatdırılır ki, əgər bir işdə məqsədə çata bilmişsə, süstləşib, özünü uğursuz hesab etməsin. Yola çıxmış insanın bə’zən məqsədə çata bilməməsi dünyanın təbii gedişatlarındandır. İnsan gördüyü işin nəticəsinə o qədər bağlı olmamalıdır ki, müvəffəq olmadıqda ümidini itirsin. Əksinə, ümidli olmaq və inanmaq lazımdır ki, nəticə əldə olunacaq. Amma əvvəlcədən bu da nəzərdə saxlanılmalıdır ki, iş uğursuzluqla nəticələnə bilər. İnsanın işin nəticəsinə ifrat bağlı olması nəticə alınmadıqda mə’yusluq doğurur. Bə’zən insan seçdiyi yolda çox arxayın hərəkət edir, heç bir eniş-yoxuş gözləmir. Belə bir gümanla yola çıxdıqda qarşılaşılan hər hansı çətinlik insan üçün o qədər gözlənilməz olur ki, o, azca büdrəyən kimi süstləşir. Amma yola çıxarkən nəzərdə tutsaq ki, bu yolun eniş yoxuşları var, büdrədikdə özümüzü itirmərik və çıxış yolu axtararıq. İnsan bir məqsədə doğru hərəkət edərkən yolun problemlərini əvvəlcədən nəzərdə saxlayarsa, bu çətinlikləri adlamaq üçün əvvəlcədən tədbirlər hazırlayar.

Həyati işlərdə də vəziyyət eyni formadadır. Əgər insan elə düşünsə ki, başladığı istənilən işə hökmən müvəffəq olacaq, müvəffəqiyyətsizliklə rastlaşan kimi mə’yus olub, meydanı tərk edəcək. Olsun ki, bu halda yaşamaq həvəsi də azalar. Bu sayaq yanlış düşüncəyə malik olan insanların əksəriyyəti məhz bu yersiz təfəkkür ucbatından daim müvəffəqiyyət gözləyirlər. Onlar əsassız yerə müvəffəqiyyətə ümid bəslədiklərindən müvəffəq olmadıqda psixoloji sarsıntı keçirirlər. Amma insan nəzərdə saxlasa ki, getdiyi yolda çətinliklər də ola bilər, müvəffəq olmadıqda üzülməz. Belə düşünən insanlar anlayırlar ki, nəticəyə çatmaq heç də mütləq deyil. Ona görə də bir işdə müvəffəq olmadıqda işdən soyuyub yaşamaq ümidlərini itirmirlər. «Hər axtaran tapası deyil. Hər müsafir geri dönməz». Sözsüz ki, ardınca getdiyimiz bütün işlər düzələsi deyil. Müəyyən işlərdə müvəffəqiyyətsizlik də ola bilər. Hər səfərə çıxanın geri dönməsi mütləq deyil. Səfərə çıxmış insanın geri dönməyəcəyi də ehtimal olunmalıdır.



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin