İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə74/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   127

ÇİRKİNDƏN DƏ ÇİRKİN


Ötən bəhslərdə dostlarla ünsiyyət, əməli hikmətlər haqqında danışıldı. Eləcə də, başqaları ilə ünsiyyətin necəliyi, dost seçimi tərzi, dostla davranış, səmimiyyətin yaranması və me’yarı kimi məsələlər bəyan oldu. Həmçinin, dostların qarşılıqlı vəzifələri haqqında tövsiyyələr verildi. İndi isə Həzrət (ə) dostluq qaydaları və ayinləri haqqında öyüdlərini verir.

İctimai həyata ilk qədəmlərini atan insan bir sıra dəyərlərə əməl etməli, yaxşı dostlar seçməyə çalışmalı, ətrafdakılarla mehriban olmalı, ehsan etməli və xeyirxahlıq göstərməlidir. Amma ictimai həyata daxil olduqdan, dost seçdikdən, ictimai mövqe qazandıqdan sonra əvvəlki vəzifələrlə kifayətlənmək olmaz və daha ciddi vəzifələr barədə düşünmək lazımdır.

İctimai həyata ilk qədəmlərini atdıqda insana çoxları nəsihət edir ki, dost seçimində diqqətli olsun və yaxşı dostlar seçsin. Bəli, ictimai həyatda özünə elə şəriklər və dostlar seçməlisən ki, çatmaq istədiyin məqsədlərdə sənə köməkçi olsunlar. İkinci mərhələyə qədəm qoymuş insan isə artıq cəmiyyətin qayda-qanunları ilə tanış olmuşdur. Artıq o dost seçmiş, bir çox insanlarla ictimai əlaqələr qurumuş, hansısa bir mövqe tutmuşdur. Kimlərsə ona arxayındır və onu e’tibarlı hesab edir. Sözsüz ki, bu mərhələdə insanın vəzifələri daha ağırdır.

İlkin mərhələdə insan dost seçimində diqqətli olmasa, şübhəsiz ki, məzəmmət olunacaq və bir çox zərərlərlə üzləşəcəkdir. Amma yaxşı dostu tapdıqdan sonra onu itirmək daha çox məzəmmətə səbəb olur. İnsan bə’zən müsbət işlər görmədiyi üçün, bə’zən isə əldə etdiyi faydaları əldən verdiyi üçün məzəmmət olunur. Aydındır ki, ikinci əməlin məzəmməti daha ağır olur.

Bu hissədə Əmirəl-mö’mininin (ə) buyuruğu insanın yaxşı dostlar seçməsi məsələsini əhatə edir. Yaxşı dostlar tapdıqdan sonra onların qədrini bilməyib itirənlərə, başqalarının inamı müqabilində xəyanət edənlərə müraciət olunur. Əlbəttə ki, əvvəlcədən yaxşı bir dost seçilməməsi bu dostu itirməkdən daha yaxşıdır. «Bağlandıqdan sonra qırılmaq, qardaşlıqdan sonra cəfa necə də pisdir». Dostsuz və ictimai dayaqlarsız bir həyat tərzi, sözsüz ki, yanlış bir yoldur. Bundan da pis odur ki, dostu seçdikdən sonra dostluq əhdini sındırıb, dostluq rabitələrini qırasan.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin