İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə94/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   127

YAŞAYIŞ TƏRZİ


İbtidai təsəvvürə malik insan elə düşünür ki, dünya ləzzətlərinin ardınca qaçmaq ən düzgün həyat tərzidir. Ona görə də öncə yemək və geyim, sonra isə ailə və məskən barədə düşünür. Hansı ki, imanlı bir müsəlman axirət həyatı üçün hazırlıq görməli, axirət səadətini tə’min etmək üçün yollar axtarmalıdır. Ən azı dünya nem’ətlərini əldə etməklə yanaşı, axirət haqqında da düşünməli, əməl naməmizə namaz və oruc da yazmalıyıq. Cəmiyyətimizin əksər insanları belə bir yolla gedir. Çox az adamlar dünya həyatının gedişində daim halal-haram barədə düşünür, ilahi hədlərə riayət edirlər. Şəksiz ki, azlıq təşkil edən ikinci qrup saleh insanlardır və onlar Allah yolunda qədəm atırlar. Amma bilməliyik ki, Qur’an və Əhli-beyt (ə) məktəbində tərbiyənin son həddi bu deyil. İnsanın qarşısında olduqca uca və geniş üfüqlər də var. Əslində yalnız dini vəzifələrin icrası və əxlaqi göstərişlərə əməl edilməsi kamilliyin aşağı mərtəbələrindəndir. Vacib əməllərin yerinə yetirilməsi və haramların tərki bu yolda ilk addımdır. İnsanın sə’y və təlaşı daha yuxarı olmalıdır. Ali mərtəbələrə ucalmaq üçün ilk addım budur ki, insan dünya həyatına baxışını islah etsin. Varlıq aləmində insan özünün və Allahının yerini düzgün tanımalı, öz yaranış məqsədini müəyyənləşdirməlidir.

E’tiraf etməliyik ki, adətən, uyğun məsələlərə münasibətdə mə’rifətimiz naqis olur. Bu mə’rifətin azlığı səbəbindən bir çox zərərlərlə üzləşirik. Bə’ziləri isə hətta uçuruma yuvarlanır. «Bu dini vəzifələr nəyə lazımdır ki» deyənlər də tapılır. Onların nəzərincə, insanın öhdəsində vacib vəzifələrin qoyulması quldarlıq dövrünə aid bir işdir. Guya hazırkı əsrin insanları üçün heç bir məhdudiyyət və vəzifə yoxdur. Vəzifə kəlməsi insan üçün ögey olmuşdur. Bu gün Allah qarşısında vəzifələrindən boyun qaçıran insan Allahdan haqq tələb etməkdən də çəkinmir.

Belə bir dünyagörüşünün kökləri qərb mədəniyyətindən qidalanır. Bu iki baxışı müqayisə etməklə peyğəmbər mədəniyyəti ilə qərb mədəniyyəti arasındakı fərqi görmək olar. Əlbəttə ki, materialist baxış, yə’ni maddiyyatçılıq həmişə mövcud olmuşdur. Nə qədər ki, şeytan var, bu baxış da yaşayasıdır. Əslində mübarizə ilahi mədəniyyətlə şeytani mədəniyyət arasında gedir. Bu gün qərb mədəniyyəti simasında zühur edən şeytani mədəniyyət durduqca durasıdır. Gecə-gündüz ilahi yolda çalışsaq da kifayət edəsi deyil. Çünki qərbin şeytani mədəniyyət təlqinləri hələ ki bəşəriyyətin başı üstündədir.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin