İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə10/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   127

Dost seçmək yolu


Bu mövzuda incələnəsi nöqtələr çoxdur. Onlardan daha çox əhəmiyyət kəsb edənlərini nəzərdən keçirək.

Yaxşılıq və pislik geniş izahat tələb edən məfhumlardır və onların hər birinin çoxsaylı mərtəbələri var. Məsələn, yaxşılıq dedikdə ən üstün halda yalnız mə’sumlar (14 mə’sum) nəzərdə tutula bilər. Çünki mütləq yaxşı yalnız heç bir eybi olmayan mə’sumlar sayılmalıdır. Amma adi insanlarla mə’sumlar arasında yer-göy arası məsafə var. İstənilən bir şəxsi diqqətlə nəzərdən keçirsək, ortaya saysız-hesabsız nöqsanlar çıxacaq. Əgər hamı nöqsanlıdırsa, bəs kiminlə ünsiyyət saxlayaq? Pislərdən uzaqlaşmaq nöqsanlı şəxslərdən uzaqlaşmaqdır, yoxsa daim pis iş görənlərdən?

Mə’sumlar və övliyalar nə qədər pak olsalar da, adi insanların onlarla görüşmək, ünsiyyətdə olmaq imkanı yoxdur. Bəs nə edək? Sözsüz ki, yaxşılıq və pislik nisbi anlayışlardır. Yə’ni həm yaxşılıq, həm də pisliyin dərəcələri vardır. Şəhərin ən yaxşı sayılan adamı ilə, təbii ki, bütün şəhər əhli ünsiyyətdə ola bilməz. Bu o demək deyil ki, insan tənha qalmalıdır. Sadəcə, ətrafdakı insanların ən yaxşısı ilə ünsiyyət saxlamaq lazımdır. Bəs yaxşı yoldaşı hansı xüsusiyyətlərinə görə tanımaq olar? Əvvəlcə qeyd etmişdik ki, insanı Allaha yaxınlaşdıran, həzrəti İsanın (ə) sadaladığı xüsusiyyətlərə malik olan insanlar yoldaşlıq üçün daha münasibdirlər.

Digər bir problem saleh insanlarla ünsiyyət qurmaq yoludur. Təbii ki, hər bir zümrədə yaxşı adamlara təsadüf olunur. Ona görə də hərə öz zümrəsinin yaxşı insanları ilə rahat ünsiyyət qura bilər. Kimi alim və tələbə, kimi tacir və sənətkar dairəsində yaşayır. Hərə öz dairəsindəki yaxşı fərdin diqqətini cəlb edib, onunla ünsiyyət saxlaya bilər. Əgər yaxşı insan hiss etsə ki, bizim ona yaxınlaşmaqda məqsədimiz özümüzü islah etməkdir, bizi rədd etməz. Bu yaxınlaşma səmimi, ixlaslı olmalıdır. Yaxşılar dairəsinə daxil olmaq üçün saf niyyətimizi əməldə sübuta yetirməliyik. Sübut etməliyik ki, məqsədimiz boş-boşuna əziyyət vermək yox, onların yaxşılığından faydalanmaqdır. Bundan əlavə, bir şəxslə ünsiyyətin faydasına əmin olduqdan sonra, mə’sumlara təvəssül etməklə Allahdan diləmək lazımdır ki, həmin şəxsin diqqətini bizə yönəltsin, bizi yoldaşlığa qəbul etsin. Əlbəttə ki, arzuladığımız insanla münasibət yaratdıqdan sonra onun hüquqlarına riayət etmək, onu bezikdirməmək lazımdır. Bu mövzuda ətraflı danışılacaqdır.



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin