İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ


İNSANLIQLA HEYVANLIQ ARASINDAKI SƏDD



Yüklə 3,86 Mb.
səhifə114/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   127

İNSANLIQLA HEYVANLIQ ARASINDAKI SƏDD


İnsanı heyvandan fərqləndirən əsas cəhət onun öz meyllərinə tə’sir göstərə bilməsidir. İnsan öz meyllərini idarə edə bilirsə, heyvanlarda belə bir qabiliyyət yoxdur. Əslində elə insanın insanlığı da bundadır ki, o öz meyllərini tənzimləyə bilir.

İnsan edə bilər ki, öz ilahi meyllərini dünyəvi meyllərindən üstün tutsun və bu ilahi meylləri gücləndirsin. İnsan moizə və nəsihətdən, elm və bilikdən faydalanaraq, öz meyllərini idarə edə bilər. Hansı ki, heyvanlarda belə bir iste’dad yoxdur. Heyvana onun meylləri hakimdir və onun meyllər ardınca getməkdən savay yolu yoxdur. Məsələn, heyvan üçün fərqi yoxdur ki, qida haradan və hansı yolla əldə olunub. O yalnız özünü doyurmaq məqsədindədir. Əgər insan da eyni şəkildə hərəkət etmiş olsa, heyvandan fərqlənməz. Qur’ani-kərimdə buyurulur: «Kafir olanlar eynən heyvanlar kimi yeyir, bəhrələnirlər və onların yeri atəşdir».1 Kafirlər, əqidədən məhrum olanlar eynən heyvanlar kimi qidalanırlar. Əlbəttə ki, mö’minlər də dünya ləzzətlərindən istifadə edirlər. Amma kafirlər bu işdə Allahın razılığını nəzərə almır, mö’minlər isə hədd gözləyirlər. İlahi və mə’nəvi dəyərləri ayaq altına almış kafirlər əslində heyvandan da alçaqdırlar.2

Öz insanlığımızı dərk etmək üçün araşdırmalıyıq ki, vücudumuzdakı hansı meyllərə üstünlük verməliyik? İlahi meyllər heyvani meyllərlə ziddirsə, hansı yolla hərəkət etməliyik? Ümumiyyətlə insan heyvan istəklərin caynağından qurtula bilərmi? Bəli, insanlıqla heyvanlıq arasındakı sərhəd bu nöqtədən ötüb-keçir. Təəssüf ki, bə’zən heyvanlar öz heyvani istəklərindən çəkinsələr də, insan həmin istəklərin əsiri olduqda ifrata varır. Əkin sahəsinə daxil olmuş heyvan əkin sahibini gördükdə baş götürüb qaçır. Amma bə’zi insanlar min dəfə cəzalandırılsalar belə, öz pis əməllərindən əl çəkmirlər. Bə’zi heyvanlar müəyyən üsullarla tə’lim olunurlar. Bə’zi insanlar isə peyğəmbərlə təmasda olmalarına baxmayaraq, tərbiyə olunmurlar. Əslində heyvanlar bə’zi insanlardan daha asan tərbiyələnirlər. Məgər belə bir heyvan insandan üstün deyilmi?!

Qeyd etməliyik ki, bir çox bəlalardan sonra günahdan əl çəkən insan da heyvandan üstün sayılmamalıdır. Çünki heyvan da bir yerdə palçığa batdıqda ikinci dəfə həmin yerdən keçmir. Əsl insan odur ki, Allaha məhəbbətin sayəsində öz rəftarlarını islah etsin. Yalnız bəlalardan sonra islah olmaq isə əsil insanlıq sayılmır.

Vəsiyyətnamənin bu hissəsində Əmirəl-mö’minin (ə) buyurur ki, əgər heyvanlıq səddini aşıb insanlıq məqamına ucalmaq istəyirsinizsə, nəfs istəklərinizə qalib gəlməyə çalışmalısınız. Moizə və nəsihət, ilahi sevgi, Əhli-beytə (ə) məhəbbət yolu ilə öz səadətinizi tə’min edin. Məbada, heyvanlar kimi qamçı gücünə nəsihət eşidəsiniz. Aqil insan yalnız öz ağlının köməyi ilə nəsihətləri qəbul etməli və ali məqsədə çatmalıdır.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin