İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə125/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   127

ORTA HƏDD, YOXSA AZĞINLIQ?


Qur’anda mübarək «Nəhl» surəsinin ilkin ayələrində ilahi ne’mətlər zikr olunarkən buyurulur: «Dördayaqlıları sizin üçün qərar verdik ki, onlara süvar olasınız...»

Qur’ani-kərimin uyğun ayələrində bir mə’nadan daha üstün bir mə’naya keçilərkən xüsusi bir üsuldan istifadə olunur. Bu ayələrdə də həmin üsul tətbiq olunmuşdur. Ayələri izləyək: «Sizin minməyiniz və sizin üçün bəzək olsun deyə, atı, qatırı və uzunqulağı O yaratdı. Allah hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır; doğru yolu göstərmək Allaha aiddir. Haqdan əyilən yol da vardır. Əgər Allah istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi».1

Əvvəlcə söhbət yalnız uzun yolların rahat vasitələrlə qət olunmasından gedir. Sonra isə həyatdakı doğru yol haqqında danışılır. Şübhəsiz ki, Allah məntəqələrarası yollardan danışmır. Doğru yol buyuruğunun arxasında həyat yolu nəzərdə tutulur. Əfsus ki, bə’ziləri orta, doğru yolu qoyub, azğın yolu seçirlər. Allah-təala xəbərdarlıq edir ki, göstərilən doğru yolu seçməyənlər azğınlıq yolunu gedəsidirlər.

Beləcə, doğru yolun əksi həmin azğın yoldur. Həzrət (ə) isə öz vəsiyyətində belə buyurur: «Orta həddi gözləməyən şəxs zülmə gedir». Qur’ani-kərimin uyğun ayəsi ilə Həzrətin (ə) kəlamı arasında paralellər mövcuddur.

Həzrət öz tövsiyyəsinin davamında azğınlığın nümunələrini sadalayır və buyurur: «İnsan üçün ən pis yoldaş həsəd və ümidsizliklə süstlükdür. Xəsislik məzəmmət gətirər». O insan qənaətcil hesab olunmalıdır ki, həm ifrat, həm də təfritdən çəkinir. Başqa sözlə, qənaət e’tidal nümunəsidir. Əmirəl-mö’minin (ə) belə bir insanı xoşbəxt hesab edir və bildirir ki, həmin şəxs fəzilət sahibidir. Demək, e’tidalın iki sonucu var: təfrit və ifrat. Ona görə də buyurulur ki, insanın ən pis yoldaşlarından biri həsəddir. Həsəd aparmaq orta yoldan çıxmaqdır. Allah hər bir insan üçün məxsus ne’mətlər qərar versə də, həsədcil şəxs öz payı ilə kifayətlənmir. Bu isə zülmə aparan yoldur.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin