İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə31/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   127

MƏQSƏDDƏN YAYINMA AMİLLƏRİ


Həzrət (ə) bu bəyanında iki növ çaşqınlığa işarə etmişdir. Bu çaşqınlıqlardan biri insanın öz hədəfini tanıdığı halda, bu hədəfə çatmaq yolunu bilməməsidir. Ona görə də «gecə odunçusu» kimi, yol seçimində səhvə yol verilir. «Gecə odunçusu» öz məqsədini, yə’ni tonqal qalamaq üçün odun lazım olduğunu yaxşı başa düşür. Amma bu məqsədinə çatmaq üçün səhvə yol verərək, elə bir vaxtı seçir ki, həmin vaxt məqsədə çatmaq mümkün olmur.

Söhbətin birinci hissəsində insanın məqsədə çatma yolunu tanımamasından ibarət olan birinci inhiraf, yanılma nəzərdə tutulur. Amma birincidən daha şiddətli olan ikinci inhiraf odur ki, insan, ümumiyyətlə, hədəfi tanımasın və onu seçməkdə səhvə yol versin. Bu yanılma daha pisdir. Çünki məqsəd köklü şəkildə qaranlıqdır və özünü hadisələrin axarına tapşırmış insan hara getdiyini və nə axtardığını bilmir. Həzrət (ə) belələrini «sel üstə çör-çöpə» oxşadır. Yə’ni bu şəxs axar sular üstə çör-çöp kimidir, sel onu hara gəldi aparır və o, haradan gəlib, haraya getdiyini bilmir. Əslində bu şəxs özünü hadisələr tufanına tapşırmışdır, külək istiqamətində hərəkət edir və nəhayətdə harada dayanacağını bilmir. Həyatda məqsədsiz yaşayanlar nə üçün yarandıqlarını, nə iş görəcəklərini və haraya gedəcəklərini düşünmürlər. Onlar ətrafdakılara baxıb, onların gördüyü işi görürlər. Amma hansı məqsədlə haraya getdikləri mə’lum deyil. Belələri üçün müəyyən bir məqsəd yoxdur və əvvəlcədən hansısa hərəkət istiqaməti tə’yin etməmişlər.



Çalışın ki, məqsədsiz hərəkət edən, özünü hadisələrə tapşıran adamlardan olmayasınız. Özlüyünüzdə düşünün, məqsəd seçin, azad olun, agah və düşüncəli şəkildə hərəkət edin. Məbada, həmişə başqalarının sizin üçün qərar verməsini, sizi o yan-bu yana çəkməsini gözləyəsiniz. Özünüzün seçim qüdrətiniz olsun.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin