İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ


ÜZÜRXAHLIQ TƏ’XİRƏ SALINMAMALIDIR



Yüklə 3,86 Mb.
səhifə43/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   127

ÜZÜRXAHLIQ TƏ’XİRƏ SALINMAMALIDIR


Bu qısa kəlamlarda mühüm öyüdlərdən biri də budur ki, əgər bir işdə səhvə yol verilmişsə, bu səhv yubadılmadan aradan qalıdırılmalıdır. Bir çox insanlar, demək olar ki, öz səhvlərini aradan qaldırmaq barədə düşünmürlər. Bə’zən isə bu iş tə’xirə salınır. Əgər bir şəxsə qarşı hörmətsizliyə yol vermişiksə, ondan dərhal üzr istəməliyik. Belə bir üzürxahlığı yubatmaq olmaz. Bə’zən də diqqətsizlik ucbatından insan elə yersiz bir hərəkət edir ki, başqalarına zərər toxunur. Əgər bu zərəri aradan qaldırmaq mümkündürsə, görüləsi tədbir tə’xirə salınmamalıdır. Həzrət (ə) buyurur: «Üzrün varsa, gecədən keçməyə qoyma». Yə’ni gecəni səhvinlə qol boyun yatma! Nə qədər ki, gecə düşməyib, öz nöqsanlarına çarə qıl! Əgər bir şəxsdən üzr istəməyə borclusansa, üzr istə və sonra rahat yat! Əgər öz diqqətsizliyini, əldən verdiyin faydanı bərpa etmək istəyirsənsə, bu işi sabaha saxlama. Olsun ki, sabah bu işə müvəffəq ola bilməyəsən, ikinci, vaxt ötdükcə kin-küdurət arta bilər. Üçüncü, zaman keçdikcə kin-küdurəti aradan qaldırmaq çətinləşir. Təsəvvür edin ki, ağzınızdan münasib olmayan bir söz çıxıb, əgər dərhal üzr istəsəniz, qarşı tərəfin narahatlıq və narazılığı aradan qalxar. Amma belə bir üzürxahlığı yubatdıqda qarşı tərəf özünə münasibətdə hörmətsizlik edildiyini düşünür. Beləcə, kin üstünə kin gəlir. Özünüz də bu halı təcrübədən keçirə bilərsiniz. Məsələn, bir şəxs sizə qarşı kobudluq etmişdirsə, günlər ötdükcə kin üstünə kin gəlir və sizin narahatçılığınız daha da artır. Amma kobudluq edən şəxs sizdən dərhal üzr istədiyi vaxt hər şeyi unutmaq daha da asan olur. Beləcə, üzürxahlığı gecədən keçməyə qoymayın. Öz çirkin işlərinizi, yersiz rəftarlarınızı, büdrəmələrinizi dərhal aradan qaldırın.

Qeyd olunan məsələ insanın Allaha bəndəlik yolunda batdığı günahlara münasibətdə daha böyük əhəmiyyət kəsb edir. Həzrət Əli (ə) digər kəlamlarında uyğun məsələyə toxunaraq buyurur: «Öz günahlarınızdan tövbə etməkdə tələsin və tövbəni tə’xirə salmayın». Həzrətin (ə) öz buyurduğuna əsasən, bu cümlələrdən həm dünya əhli, həm də axirət əhli istifadə edir. «Üzrxahlığı tə’xirə salmayın» buyuruğu həm bəndənin dünya həyatı üçün faydalı olan Allah bəndəsi qarşısında üzrxahlığa şamildir, həm də günahların bağışlanması üçün faydalı olan Allah qarşısındakı üzürxahlığı əhatə edir. Hər iki məqamda yubanmadan hərəkət etmək zəruridir. Demək, hər hansı səhvə yol vermisinizsə, onu aradan qaldırmağa tələsin. Əgər bu işi yubatsanız, aradakı kin-küdurət artar və axirət cəzanız daha da ağırlaşar.



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin